18 Yanvar 2020 01:51
1280
Təhsil
A- A+

UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub. 

Tədbirdən öncə rektor, professor Ədalət Muradov, universitetin kollektivi və UNEC-in şəhid olan tələbə və məzunlarının ailə üzvləri universitetin əsas binasında şəhidlərin xatirəsinin əbədiləşdirildiyi Memorial-Xatirə Kompleksini ziyarət ediblər, kompleksin önünə əklil qoyublar və gül dəstələri düzüblər.

Şəhid ailələri ilə görüşən rektor 20 Yanvarın Ümumxalq hüzn günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə birlik və şərəf günü kimi yazıldığını qeyd edib. Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin UNEC-də daim ehtiramla yad edildiyini və əziz tutulduğunu vurğulayaraq, onlarla qürur duyduğunu ifadə edib.

Abidənin ziyarətindən sonra tədbir bədii hissə ilə davam edib.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra UNEC Yaradıcılıq Mərkəzinin və Tələbə teatrının Xalq şairi Bəxtiyar Vahabzadənin "Şəhidlər” poeması əsasında hazırladığı tamaşa nümayiş olunub. Poema və tarixi faktlar əsasında qurulan tamaşada 20 Yanvar hadisələrinə aparan siyasi durum, şəhidlərimizin qəhrəmanlığı tələbələrin ifasında xüsusi məharətlə canlandırılıb. Muğam parçaları və tələbə xanəndənin ifası ilə müşayiət olunan tamaşa iştirakçılara kövrək anlar yaşadıb.

Tədbir çərçıvəsində Texnologiya və dizayn fakültəsinin tələbələrinin 20 Yanvara həsr olunan rəsm əsərləri də nümayiş olunub.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video