18 Yanvar 2020 01:51
996
Təhsil
A- A+

Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi


Gəncə Dövlət Universitetində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” mövzusunda tədbir keçirilmişdir.

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra faciədən bəhs edən sənədli film nümayiş olunmuş, tələbələr "20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı ədəbi-bədii kompozisiya göstərmişlər.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qətlə yetirilənlərin arasında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də olmuşdur. Bu isə bir daha sübut edir ki, ölkəmizin suverenliyi və bölünməzliyi uğrunda digər millətlərin nümayəndələri də Azərbaycan xalqı ilə həmrəy olmuş və birlik nümayiş etdirmişlər.

Ümummilli Lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xarici jurnalistlər qarşısında imperiyanın və Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa etmişdir. Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra isə bu hadisələrə tam siyasi-hüquqi qiymət verilmişdir.

Tədbirdə faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, 20 Yanvar şəhidlərinə xüsusi diqqət və qayğı göstərilməsində Prezident İlham Əliyevin xidmətləri də xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, həmin qanlı gecədə şəhid olmuş və zərər çəkmiş bütün insanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.

Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən sərginin nümayişi də olmuşdur.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video