18 Yanvar 2020 01:50
919
MSK
A- A+

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 yanvar 2020-ci il tarixli 18 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


QƏRAR 11/72


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 45 saylı Abşeron seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rəhimov Zahir Xanoğlan oğlu 2020-ci il yanvarın 15-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 14 yanvar 2020-ci il tarixli 5/17 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd Z.X.Rəhimov müraciətində bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 45 saylı Abşeron seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, lakin əmlak barədə məlumatda göstərdiyi əmlaklardan əlavə ailə üzvü kimi paylı mülkiyyətdə olan torpaq sahəsinə dair məlumat təqdim etmədiyinə görə dairə seçki komissiyasının mübahisələndirdiyi qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş Z.X.Rəhimovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, işçi qrupunun üzvü tərəfindən namizədin əmlakı barədə məlumatların yoxlanılmasına dair rəyində onun paylı mülkiyyətində topaq sahəsinin olması müəyyən edilmiş və namizəd əmlak barədə məlumatları seçki sənədində düzgün göstərmədiyinə görə Seçki Məcəlləsinin 58.1.5-ci və 60.2.3-cü maddələrinə əsasən onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma ilə əlaqədar namizəd Z.X.Rəhimov tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna verilmişdir. İşçi qrupunun 16 yanvar 2020-ci il tarixli rəyində göstərilir ki, namizəd Z.X.Rəhimovun əmlakı barədə təqdim etdiyi məlumatda göstərilməyən, lakin paylı mülkiyyət hüququ əsasında ona məxsus dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar olunmuşdur.

Həmçinin rəydə qeyd edilir ki, namizəd tərəfindən Seçki Məcəlləsinin 58.1.6-cı maddəsinin tələbinə uyğun olaraq ilkin maliyyə hesabatı da zəruri seçki sənədlərinə əlavə edilməmişdir.

Beləliklə, Z.X.Rəhimovun ona məxsus əmlak barədə dairə seçki komissiyasına düzgün məlumat verməməsi, həmçinin ilkin maliyyə hesabatını təqdim etməməsi Seçki Məcəlləsinin 60.2.2-ci və 60.2.3-cü maddələrinə əsasən namizədliyin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərə əsasən şikayət təmin edilməməli, Z.X.Rəhimovun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 14 yanvar 2020-ci il tarixli 5/17 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 45 saylı Abşeron seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rəhimov Zahir Xanoğlan oğlunun 15 yanvar 2020-ci il tarixli 18 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 14 yanvar 2020-ci il tarixli 5/17 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

17.01.2020-ci ll

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video