Alternative content

21:04 27 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
17:03 27.02.2020 ABŞ zavodunda faciə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 yanvar 2020-ci il tarixli 23 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 yanvar 2020-ci il tarixli 23 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
01:48 18.01.2020


QƏRAR 11/75


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Nəsirov Niyaz Eynulla oğlu 2020-ci il yanvarın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 13 saylı Xəzər-Pirallahı seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) hərəkətsizliyi nəticəsində namizədliyinin qeydə alınmamasını mübahisələndirmiş və pozulmuş hüquqlarının bərpa olunaraq namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Namizəd N.E.Nəsirov müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə qeydə alınmaq üçün imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına qanunla nəzərdə tutulmuş müddətdə təqdim etməsinə baxmayaraq, dairə seçki komissiyası tərəfindən əsassız olaraq onun namizədliyi qeydə alınmamışdır.

Namizəd N.E.Nəsirovun müraciəti ilə əlaqədar dairə seçki komissiyasından tələb edilərək alınan müvafiq sənədlər araşdırılmışdır. Müəyyən edilmişdir ki, namizəd 2020-ci il yanvarın 3-də qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş, lakin komissiya Seçki Məcəlləsində göstərilən müddətdə və qaydada həmin sənədlərə baxmamışdır.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən İşçi qrupu tərəfindən imza vərəqələri və digər seçki sənədlərinin düzgünlüyünün yoxlanılması nəticəsində tərtib edilmiş 16 yanvar 2020-ci il tarixli protokol və rəylərdən görünür ki, namizədin qeydə alınması üçün təqdim etdiyi sənədlər, o cümlədən imza vərəqələrində olan seçici imzaları Seçki Məcəlləsinin tələblərinə uyğundur.

Belə ki, namizəd tərəfindən toplanılmış 500 seçici imzasından 462-si etibarlı hesab edilmişdir ki, bu da namizədin qeydə alınması üçün kifayət edir. Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisindən seçicilərin azı 450 imzası toplanılmalıdır.

Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi və N.E.Nəsirovun 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alınması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas gətirərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Nəsirov Niyaz Eynulla oğlunun 16 yanvar 2020-ci il tarixli 23 saylı müraciəti əsaslı olduğundan təmin edilsin.

2. 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Nəsirov Niyaz Eynulla oğlunun həmin seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

17.01.2020-ci ll



Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM