17 Yanvar 2020 17:48
599
İQTİSADİYYAT
A- A+

2019-cu ilin 11 ayında xarici ticarət dövriyyəsi 30 milyard dolları ötüb


Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla ötən ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30 milyard 40,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17 milyard 655,8 milyon dollar, idxalın dəyəri 12 milyard 384,7 milyon dollar olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəticədə 5 milyard 271,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artıb, real ifadədə isə 2,2 faiz, o cümlədən idxal 5,6 faiz, ixrac 0,3 faiz azalıb. Bu dövr ərzində ölkədən 1 milyard 781,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,3 faiz, real ifadədə isə 10,3 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 29,6 faizini İtaliyaya, 13,9 faizini Türkiyəyə, 6,6 faizini İsrailə, 5,2 faizini Hindistana, 5,1 faizini Almaniyaya, 4,1 faizini Çinə, 3,8 faizini İspaniyaya, 3,6 faizini Rusiyaya, 3,1 faizini Çexiyaya, hər biri 2,9 faiz olmaqla Fransa və Gürcüstana, 2,6 faizini Birləşmiş Krallığa, 2 faizini Xorvatiyaya, 1,9 faizini Portuqaliyaya, 1,8 faizini Ukraynaya, 10,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz), Türkiyəyə (20,4 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (8,5 faiz), Ukraynaya (2,6 faiz), İtaliyaya (2,2 faiz), Çinə (2 faiz), Yunanıstana (1,9 faiz), İrana (1,3 faiz), Niderlanda (1,3 faiz), Qazaxıstana (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,7 faizi Rusiya, 12 faizi Türkiyə, 9,8 faizi İsveçrə, 9,6 faizi Çin, 5,8 faizi ABŞ, 5,1 faizi Almaniya, 3,5 faizi Ukrayna, 3,4 faizi İran, 3,2 faizi Kanada, 2,7 faizi İtaliya, 2,4 faizi Avstraliya, 1,8 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Qazaxıstan və Yaponiya, 19,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video