17 Yanvar 2020 15:39
524
SİYASƏT
A- A+

Niderlandda keçirilən turizm sərgisində erməni təxribatının qarşısı alınıb


Niderlandın Utrext şəhərində yerləşən "Yaarbeurs” beynəlxalq sərgi kompleksində ənənəvi turizm sərgisi təşkil edilib.

AZƏRTAC Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasından Diasporla İş üzrə Dövlət Komitəsinə daxil olan məlumata istinadla xəbər verir ki, sərgidə Ermənistanı 3, Gürcüstanı 8 turizm şirkəti təmsil edib.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev sərgi ilə tanışlıq zamanı nümayiş olunan materiallarda Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat halları müşahidə edib.

Ermənistanı təmsil edən turizm şirkətlərinin təqdim etdikləri bukletlərdə, eyni zamanda, Gürcüstanın "GroosCom Travel” və Niderland Krallığının "Kaukasus Reisen Plus” turizm şirkətlərinin təbliğat materiallarında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı yanlış informasiyalar yer alıb.

Sərgidə Gürcüstanın və Niderland Krallığının turizm şirkətləri Azərbaycanın işğal altında olan torpaqlarının başqa rənglə göstərildiyi, həmin ərazilərin "Nagorno Krabakh Republic” və "Artsakh” kimi qeyd olunduğu xəritələrdən istifadə ediblər.

Təxribat əməli mübahisəyə səbəb olub və Emil Əliyev tələb edib ki, xəritələr və bukletlər dərhal sərgidən yığışdırılsın. Onun bu təklifi ciddi etirazla qarşılanıb, hətta mübahisə zamanı şirkət nümayəndələri soydaşımıza fiziki təzyiq göstərib, onu stenddən uzaqlaşdırmağa cəhd ediblər.

Gürcüstan turizm şirkətlərinin təmsilçiləri guya sərgi üçün başqa xəritə əldə edə bilmədiklərindən bu xəritədən istifadə etdiklərini və yalnız sərgi salonunun rəhbərliyi təlimat verərsə, hər hansı qadağa mexanizmi olarsa, xəritəni yığışdıracaqlarını bildiriblər.

Emil Əliyev dəfələrlə təşkilatçılarla görüşüb və onun ciddi səyi, təkidi təxribat xarakterli materialların sərgidən yığışdırılması ilə nəticələnib.

Təşkilatçılara yanvarın 19-dək sərgiyə gündəlik nəzarət ediləcəyini bildirən E.Əliyev deyib : "İsrarla tələb edirik ki, təxribat elementləri daşıyan xəritə və bukletlər yenidən istifadə olunmasın”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video