16 Yanvar 2020 18:47
604
SİYASƏT
A- A+

Türkiyə Parlamentində “Dünyada sülh: Qarabağ - Azərbaycandır!” layihəsinə start verilib


20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində Türkiyə Böyük Millət Məclisində "Dünyada sülh: Qarabağ - Azərbaycandır!” adlı guşə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, guşədə Azərbaycan həqiqətlərinə həsr olunmuş kitablar sərgilənib. Onların arasında Sabir Şahtaxtının "Soyqırımdan Xocalıya”, "böyük Ermənistan xülyası: faktlar və sübutlar”, Kəbutər Haqverdinin "O gecə qar qan rəngindəydi” əsərləri və digər nəşrlər olub.

Azərbaycan diasporunun fəalları Samir İsgəndəroğlu, Mehriban Paşayeva, Vəfa Aktuz və Sara Zeynalova nəşrlər barədə ziyarətçilərə ətraflı məlumat veriblər. Sərgini ziyarət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, sabiq Baş nazir Binəli Yıldırıma, Türkiyə Parlamentinin sədri Mustafa Şentopa, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalıya, digər fraksiya rəhbərlərinə və millət vəkillərinə kitablar hədiyyə olunub.

"Dünyada sülh: Qarabağ - Azərbaycandır!” adlı sərginin təşkil olunmasında məqsəd - Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesinə töhfə verməkdir. Soydaşlarımız bu layihəni Türkiyənin ali təhsil müəssisələrində, mədəniyyət mərkəzlərində və qalereyalarında da həyata keçirmək niyyətindədirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video