12 Yanvar 2020 05:03
712
İQTİSADİYYAT
A- A+

Qeyri-neft məhsullarının ixracı artmaqda davam edir


Həyata keçirilən dərin iqtisadi islahatlar qeyri-neft sektorunun inkişafının təmin olunmasında mühüm rol oynamaqda davam edir. Bu sektorda çalışan sahibkarlara verilən dövlət dəstəyi qeyri-neft məhsulları ixracının da çəkisini artırır. Bunun nəticəsidir ki, hər il xarici ticarət dövriyyəsində ixracatda qeyri-neft məhsullarının çəkisi həm çeşidinə, həm də dəyərinə görə yüksəlir. Bu baxımdan ötən il də istisna olmamışdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın ötən ilin dekabr sayında bildirilir ki, keçən ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 milyard dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 365 milyon dollar çoxdur. Bu müddət ərzində qeyri-neft sektoru üzrə 1 milyard 781 milyon dollar dəyərində (2018-ci ilin həmin dövrü ilə müqayisədə 249 milyon dollarlıq çox) ixrac reallaşıb.

Hesabat dövründə Rusiyaya 622,3 milyon, Türkiyəyə 363,3 milyon, İsveçrəyə 164 milyon, Gürcüstana 150,6 milyon və Ukraynaya 46,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsullar ixrac edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən ilin 11 ayında Rusiyaya 12, Türkiyəyə 13, İsveçrəyə 33, Gürcüstana 29 və Ukraynaya 27 faiz qeyri-neft məhsulları ixracı artıb.

2019-cu ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft məhsullarının siyahısında 166,7 milyon dollarlıqla pomidor birinci, 157,7 milyon dollarlıqla qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ikinci, 113,5 milyon dollarlıqla qabığı təmizlənmiş meşə fındığı üçüncü olub.

Ümumilikdə keçən ilin 11 ayı ərzində qeyri-neft sektoruna aid bir sıra məhsulların ixracı diqqəti cəlb edir. Belə ki, həmin məhsullar bir neçə ildir ki, ixracda öz üstünlüklərini qoruyub saxlayır. Son hesabat dövründə meyvə-tərəvəz ixracı 541,9 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 168,1 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 117,9 milyon, pambıq lifi ixracı 108,8 milyon, kimya sənayesi məhsullarının ixracı 95,5 milyon, elektrik enerjisinin ixracı 76 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 54,8 milyon, pambıq ipliyi ixracı 27,3 milyon, şəkər ixracı 26,4 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 22,6 milyon dollarlıq təşkil edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən ilin yanvar-noyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 54, pambıq lifinin ixracı 53, plastmas və ondan hazırlanan məmulatların ixracı 52, kimya sənayesi məhsullarının ixracı 30, pambıq ipliyinin ixracı 28, elektrik enerjisi ixracı 17, şəkər ixracı 14, alüminium və ondan hazırlanan məmulatların ixracı 11, meyvə-tərəvəzin ixracı 9 faiz artıb.

Keçən ilin noyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 208 milyon dollarlıq olub. Bu dövrdə ən çox qeyri-neft məhsulları Rusiyaya, Türkiyəyə, Gürcüstana, İsveçrəyə və Ukraynaya ixrac edilib. Noyabrda qeyri-neft sektoru üzrə ixracda xurma 37 milyon dollarlıqla birinci, tomat (pomidor) 19,1 milyon dollarlıqla ikinci, pambıq mahlıcı 16,9 milyon dollarlıqla üçüncü yerdə qərarlaşıb.

Bu gün Azərbaycan dünyanın kosmos klubunda birləşən azsaylı ölkələrdəndir ki, bu da bizə kosmik məhsulların ixracına imkan yaradır. "İxrac İcmalı”nda qeyd edilir ki, ötən ilin yanvar-noyabr aylarında "Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 40,6 milyon dollar dəyərində xidmət (peyk, telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub. ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. Təkcə ötən ilin noyabr ayında "Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 3,1 milyon dollar dəyərində xidmət göstərib. ASC-nin keçən ilin yanvar-noyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Malayziya, Birləşmiş Krallıq və Birləşmiş Ərəb Əmirlikləridir.

"İxrac İcmalı”nda 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Məlumatda göstərilir ki, sözügedən dövrdə Azexport.az portalına 532,3 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixrac sifarişlərinin 11 faiz artması deməkdir. 2019-cu ilin noyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 54,9 milyon dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq ayı ilə müqayisədə 19 faiz çoxdur. 2019-cu ilin yanvar-noyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya, Türkiyə, İngiltərə, Hindistan və ABŞ qərarlaşıb.

Keçən ilin noyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, tütün, toyuq əti, yumurta, şərab, qənnadı məhsulu, çay, sarımsaq, nar, nar konsentratı, göbələk, mebel dəsti, tikinti materialı, fındıq ləpəsi, alma, soğan, boya, qızılgül, kosmetik vasitə və s. mallara daxil olub.

"İxrac İcmalı”nda həmçinin bildirilir ki, keçən ilin dekabr ayında "Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 9,6 milyon dollar olub. Həmin mərkəz tərəfindən ötən ilin yanvar-dekabr ayları ərzində yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 140 milyon dollarlıqdan artıq qeyri-neft məhsullarının ixracı həyata keçirilib.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video