12 Yanvar 2020 04:52
1029
MSK
A- A+

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 10 yanvar 2020-ci il tarixli 73 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


QƏRAR № 8/49


2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Şamaxı seçki dairəsindən Quşçu bələdiyyəsi üzrə qeydə alınmış namizəd Həsənov Həbib Vəlican oğlu və digərləri 10 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) ərizə ilə müraciət edərək 85 saylı Şamaxı seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 3 yanvar 2020-ci il tarixli 2/2 saylı qərarını mübahisələndirmiş və səsvermə günü həmin seçki dairəsinin 25 və 26 saylı seçki məntəqələrində qanun pozuntusuna yol verildiyini iddia etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Ərizəçilər öz müraciətlərində göstərmişlər ki, səsvermənin nəticəsinə uyğun olaraq 25 və 26 saylı seçki məntəqələrində səslər düzgün hesablanmamışdır.

Araşdırma ilə səsvermə günü 85 saylı Şamaxı seçki dairəsinin 25 və 26 saylı seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış və müəyyən edilmişdir ki, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Səslərin sayılmasında hər hansı bir pozuntuya yol verilmədiyi səslərin sayılmasını müşahidə etmiş müşahidəçilər V.Ə.Əsgərov, İ.İ.Heybətov, S.S.Qədimli, V.Kərimov, Y.M.İsmayılov, Ş.Osmanov, bələdiyyə üzvlüyünə seçilməmiş digər namizədlər G.E.Eminova, A.A.Alpaşayev, M.G.Sadıqov, həmçinin 85 saylı Şamaxı seçki dairəsinin müvafiq seçki məntəqələri məntəqə seçki komissiyasının üzvləri A.O.Cəbrayılov, İ.N.Ağarəhimov, S.Z.Zülfiqarov, digər şəxslər B.X.Bəhramov və A.A.Bayramovun izahatları ilə təsdiq olunur.

Beləliklə, şikayətin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı, 7-ci və 8-ci hissələrinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Şamaxı seçki dairəsindən Quşçu bələdiyyəsi üzrə qeydə alınmış namizəd Həsənov Həbib Vəlican oğlu və digərlərinin 10 yanvar 2020-ci il tarixli 73 saylı müraciəti əsassız olduğundan təmin olunmasın, 85 saylı Şamaxı seçki dairəsi dairə seçki komissiyasının 3 yanvar 2020-ci il tarixli 2/2 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

11.01.2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video