12 Yanvar 2020 04:43
20782
Mədəniyyət
A- A+

Bakı küləkləri


Qədim Bakı Xəzər dənizinin qərb sahilində, şimal küləklərinin daim döyəclədiyi, cənub və qərb tərəfdən hündür çılpaq təpələrlə əhatə edilmiş çökəkdə salınmışdır. Şimal küləkləri (buna xəzri deyirlər) qopduğu zaman öz yolunda Baş Qafqaz silsilə dağlarına toxunur və bütün gücü ilə silsilənin ətrafına yayılır, çılpaq boz təpələrin sinəsindən toz-torpağı qopararaq, burula-burula şəhərin üzərinə hücum çəkir.

1826-cı ildə Bakıda olmuş görkəmli səyyah Zeynalabdin Şirvani yazır: "Bakını Badkubə də adlandırırlar. Çünki bu yerdə daim küləklər əsir. Bəzən elə güclü əsir ki, şəhərin böyük tikililərini də xəsarətə uğradır. Buna görə burada evlərin özülünü yonulmuş daşlardan qoyur, həyətləri və damları qırla örtürlər”. Bakının iqlimi mülayim isti, yarımsəhra və çöl iqlimi olub yalnız Abşerona xas küləklərlə səciyyəvidir. "Xəzri” deyilən şimal küləyi yayda havanı sərinləşdirir, qışda isə hədsiz dərəcədə soyudur.

Orta əsrlərdə Bakının məşhur xəzrisi əsdiyi zaman (bu, bəzən həftələrlə davam edirdi) şəhər küçələrində tozanaqdan göz açmaq olmurdu. Arabaların, faytonların çarxlarından qalxan toz buludları adamların üst-başını, evlərin pəncərələrini boz bir pərdəyə bürüyürdü. Burulğan kimi burulan külək qarşısına çıxan hər şeyi qabağına qatıb sovururdu. Bəzən qadınların çadralarını başından qoparıb uçururdu. "Gilavar” deyilən cənub küləyi isə yayda isti gətirir, qışda isə soyuğu bir qədər mülayimləşdirirdi.

Mənbələrin yazdığına görə, orta əsrlərdə güclü külək və toz əlindən Bakının küçələrinə çıxmaq mümkün deyilmiş. Bu gün isə Bakı ilıq və rahat həyat tərzi ilə seçilən bir şəhərə çevrilmişdir.

Əbdürrəşid Bakuvi də Orta Əsr Bakısının küləkli şəhər olduğundan bəhs edir. Müəllif yazır: "...Şəhərin küləkli olmasına baxmayaraq burada əncir, nar və üzüm çoxdur. Şəhərdə yaşıllıq azdır, amma ətrafda gözəl bağlar var. Şəhər adamları oraya yayda gedir, bir qədər yaşadıqdan sonra yenidən şəhərə qayıdırlar. Əhali bunu hər il təkrar edir. O, qeyd edir ki, bu şəhərin əsas xüsusiyyəti ondadır ki, külək həm gecə, həm də gündüz əsir. Bəzən külək çox güclü olanda adamlar onun əsdiyi istiqamətə gedə bilmir. Qışda külək əsən zaman hətta at və qoyunlar öz yerlərində dayana bilmir, külək onları dənizə sürükləyir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video