Alternative content

22:39 28 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uğura imza atan məktəblilər
Uğura imza atan məktəblilər
ANA SƏHİFƏ / Təhsil
00:39 15.12.2019


Bu günlərdə Qətərin paytaxtı Dohada Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadası keçirilib. Builki olimpiadada 70 ölkə (68 iştirakçı, 2 müşahidəçi) iştirak edib.

IJSO (International Junior Science Olympiad) Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət fənləri (fizika, kimya, biologiya) üzrə həm fərdi, həm də komanda formatında təşkil edilən elm yarışıdır. 3 mərhələdən ibarət olan yarışın qapalı test mərhələsi və nəzəri turunda şagirdlər fərdi, praktiki turda isə komanda formasında öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

Builki olimpiadada ölkəmizi təmsil edən 6 şagirdin hər biri qalib olmuşdur. 4 gümüş və 2 bürünc medal alan şagirdlərimiz 100 faiz nəticə göstərərək ölkələr arasında reytinq sıralanmasında yuxarı mövqelərdə qərarlaşmışdır. 2004-cü ildən etibarən bu olimpiadaya qatılan Azərbaycan şagirdləri tərəfindən ümumilikdə 4 gümüş və 38 bürünc medal qazanılmışdır. 2019-cu ildə isə şagirdlərimiz 4 gümüş və 2 bürünc medal əldə edərək medalların sayını 48-ə çatdırmışdır.

Bir məsələyə toxunmaq istərdik ki, məktəblilərimizin bu tip olimpiadalara hazırlıqlarının təmin edilməsi məqsədilə ana dilində müvafiq vəsaitlərin olması vacib məsələlərdən biridir. Elə bu səbəblə sırf yeniyetmələrin beynəlxalq olimpiadalarına hazırlıq prosesinə daha çox şagirdlərin cəlb edilməsi və onların hazırlıq səviyyələrinin yaxşılaşdırılması məqsədilə həm biologiya, həm fizika, həm də kimya fənləri üzrə vəsaitlər hazırlanmış və təqdimatları keçirilmişdir.

Növbəti "IJSO 2020” Almaniyanın Frankfurt şəhərində keçiriləcək. Bu olimpidada ölkəmizi təmsil edəcək komandanın seçmə imtahanının I mərhələsinə cari tədris ilində respublika fənn olimpiadalarında müvafiq fənlər üzrə yüksək nəticə göstərən şagirdlər dəvət ediləcəklər.

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM