Alternative content

08:10 07 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:09 07.08.2020 Sağlam istirahət
00:07 07.08.2020 BİLDİRİŞ
00:07 07.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzidir
Multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzidir
ANA SƏHİFƏ / SİYASƏT
00:33 15.12.2019


Multikulturalizm etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunması və inkişafını nəzərdə tutur. Mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri aləti olan multikulturalizm adətən müxtəlif mədəniyyətlərin eyni zamanda və eyni məkanda sülh və tolerantlıq içində yaşaması deməkdir. Bütün bunlarla yanaşı, multikulturalizm müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına və inkişafına yönələn bir siyasətdir.

Bəzi Qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb vəzifə olması ilə əlaqədar ondan imtina etməyə başlamışlar. Artıq bir sıra Avropa liderləri (Fransa, Almaniya, İngiltərə) öz ölkələrində multikulturalizm siyasətinin iflasa uğramasını hətta rəsmi olaraq bəyan ediblər. Məsələn, son 10 il ərzində Avropanın inkişaf etmiş ölkələrində baş verən sosial-siyasi gərginliklər fonunda kansler A.Merkel Almaniyada multikultural cəmiyyət qurulması cəhdlərinin tamamilə çökməsini etiraf edib. Fransanın keçmiş prezidenti N.Sarkozi 2011-ci ilin fevralında Fransaya təşrif gətirmiş miqrantların mütləq formada fransız dilini bilmələrinin vacib olduğunu vurğulayaraq, əks halda bunu etməyənlərin onun ölkəsində arzuolunmaz qonaq vəziyyətində olacaqlarını bildirmişdi. Böyük Britaniyanın sabiq baş naziri C.Kemeronun isə multikulturalizm siyasətini kəskin mühakimə etməsi müasir Avropanın mühafizəkarlaşmasını təsdiq edir.

Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. Çünki bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına, dövlət siyasətinə yüksəlməsi ilə müşayiət olunur. Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur. Bu mənada multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir. Digər tərəfdən multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir.

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilib, tolerantlıq və multikulturalizm ənənələri inkişaf etdirilib. Azərbaycan multikulturalizminin siyasi əsasları Konstitusiyanın bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapır.

Ölkəmizin zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycanda bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Hazırda bu ideyalar Prezident İlham Əliyev tərəfindən də bir neçə dəfə gündəmə gətirilmiş və demək olar ki, bütün dünyaya Azərbaycan multikulturalizmi modelini təklif etmişdir.

Son illərdə Bakıda və respublikanın digər şəhər və rayonlarında bir-birinin ardınca multikulturalizm mövzusunda beynəlxalq konfranslar, forum və seminarlar keçirilib. Azərbaycan dünya xalqlarına tutduqları ideoloji, sosial-siyasi və mədəni durumlarından asılı olmayaraq dialoqa yönəlmiş baxışlarını təqdimetmə meydanına çevrilib. 2011-ci ildən başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunur. 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir.

Azərbaycanda olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin, siyasətçilərinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir. "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsi çərçivəsində hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmi tədris edilir.

Beləliklə, Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Azərbaycanın çoxdinli bir ölkə kimi müxtəlif dini azlıqların birgə yaşaması və ölkədəki dözümlülüyün yüksək səviyyədə olması dünyanın aparıcı ölkələri - ABŞ, Almaniya, Fransa, İngiltərə, Rusiya və digər inkişaf etmiş ölkələr tərəfindən qəbul olunur. Xüsusilə, Azərbaycanda müxtəlif məzhəb və din nümayəndələrinin təhlükəsiz şəraitdə sərbəst ibadət etmələri təqdirəlayiq hal sayılır. Ölkəmizdə müsəlmanların xristianlarla yanaşı, yəhudi icmasının və digər dinin nümayəndələri ilə birgə əmin-amanlıq şəraitində yaşaması dünya miqyasında bir nümünə-model kimi qəbul olunur.

Azərbaycan çoxsaylı miqrant axınları qəbul edən ölkələrdən olmasa da, millətin formalaşmasının keçdiyi uzun tarixi yolda müxtəlif etnik, mədəni və dini qruplarla qarşılaşıb. Əlverişli coğrafi mühit, yerli insanların xoş davranışı bu qrupların bəzilərinin Azərbaycana üz tutmasına səbəb olub. Əhalinin ümumi sayında etnik və dini qrupların payının geniş olmasına baxmayaraq, Azərbaycan çoxsaylı etnik və dini qrupların yaşadığı multikultural ərazi hesab edilir.

Multikulturalizmin təbliği dini dəyərlərin, Azərbaycanda yaşayan müxtəlif etnik qruplardan ibarət xalqımızın tarixinin, mədəniyyətinin təbliği olmaqla yanaşı, xalqımızın bütün dünyaya verdiyi sevgi, mərhəmət mesajıdır. Son iki əsrdə Ermənistan Azərbaycana qarşı məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti yürüdür. Bu siyasətinin nəticəsi olaraq Ermənistan Azərbaycanın iyirmi faiz torpaqlarını işğal edib. Ermənistan monoetnik dövlətə çevrilib. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan tarixin bütün dönəmlərində öz multikultural dəyərlərinə sadiq qalıb. Təsadüfi deyildir ki, Azərbaycanda 80-dən çox etnosun nümayəndələri azərbaycanlılarla yanaşı yaşayır, həmçinin erməni mənşəli vətəndaşlarımız da var. Bütün bunlar multikulturalizmin ən bariz nümunəsidir.

Milli azlıqlar Azərbaycan əhalisinin 9,4%-ni təşkil edir. Etnik müxtəlifliyin ölçülməsində istifadə edilən etnik fraqmentləşmə indeksinə görə, Azərbaycan Böyük Britaniya, Fransa, Hollandiya, İtaliya kimi ölkələrdə olan müxtəliflikdən zəngindir. Fearon indeksi də Azərbaycanda etnik zənginliyin bəzi Avropa ölkələrindən yüksək olduğunu təsdiq edir. Hazırda Azərbaycanda ölkə əhalisinin mütləq əksəriyyətini (90,6%) çoxluq təşkil edən azərbaycanlılarla yanaşı, bir sıra mill-etnik azlıqlar - ləzgilər (2%), ruslar (1,3%), talışlar (1,3%), avarlar (0,6%), tatlar (0,4%), gürcülər (0,2%), kürdlər (0,2%), ukraynalılar (0,4%), yəhudilər (0,2%) yaşayır.

Azərbaycanda multikultural proseslərin hazırkı vəziyyətini daha yaxşı anlamaq üçün onu digər Cənubi Qafqaz ölkələri ilə müqayisə etmək olar. Qeyd edək ki, bir-biri ilə qonşu olan hər üç dövlət - Azərbaycan, Ermənistan və Gürcüstan eyni ildə sovet işğalı altına düşüb, eyni ildə də azadlıq əldə ediblər. Hər üç dövlət, xüsusilə müstəqilliyin ilk illərində etnik problemlərlə qarşılaşıb. Gürcüstan Abxaziya və Osetiyada, Azərbaycan və Ermənistan isə Dağlıq Qarabağda etnik münaqişə ilə üzləşməli olub.

Gürcüstanda əhalinin 13,2 faizi etnik və ya milli azlıqlardan, o cümlədən azərbaycanlılar (6,3%), ermənilər (4,5%), ruslar (0,7%) və osetinlərdən (0,4%) ibarətdir. Ermənistanda isə ermənilər ölkə əhalisinin tam əksəriyyətini - 97,9 faizini, etnik və ya milli azlıqlar isə ümumi əhalinin təxminən 1,9 faizini, o cümlədən, yezidi kürdlər 1,2%, ruslar 0,4%, aysorilər 0,09%, kürdlər 0,07% təşkil edir.

"Human Rights Without Frontiers” təşkilatının Azərbaycanda milli azlıqlara dair hesabatında qeyd olunur ki, son dövrlərə qədər Azərbaycanda etnik və ya milli zəmində ciddi problem yaşanmayıb. Ölkənin tarixi, iqtisadi və mədəni xüsusiyyətləri əhalinin mədəni müxtəlifliyinə şərait yaradıb.

Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır”.

Azərbaycanda hər kəsin milli kimliyi onun bu gün özünü azərbaycanlı kimi hiss etməyinə mane olmur. Hər kəs öz ana dilində danışa, yaza bilər və özünün digər vacib olan mədəni ehtiyaclarını ödəyə bilər. Konstitusiyamızın "Milli mənsubiyyət hüququ” adlı 44-cü maddəsində göstərilir: "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”.

Multikultural təhlükəsizliyin Azərbaycan nümunəsindəki təhlili göstərir ki, onun prinsiplərinə məqsədyönlü şəkildə riayət etdikdə ölkənin həm daxili potensialının öz zənginliklərini ən dərin qatlardan daha həvəslə üzə çıxarır, həm də öz beynəlxalq nüfuzuna müsbət çalar əlavə edir. Azərbaycan çoxmillətli, çoxmədəniyyətli bir dövlət olaraq dünyaya bir örnəkdir. Ölkəmizdə mövcud olan multikulturalizm, tolerantlıq mühiti dünyanın ən sivil ölkələrinə belə nümunə olmaq əzmindədir. Bu gün Azərbaycan milli və dini birgəyaşayışın ən sivil formasını bütün dünyaya göstərir.

Fərid MƏMMƏDHƏSƏNOV,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müdavimi





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM