14 Dekabr 2019 21:38
597
SİYASƏT
A- A+

Türkiyənin sabiq Mədəniyyət naziri: Əsl soyqırımı ermənilər Anadolunun şərqində törədiblər

 

ABŞ Senatının qondarma "erməni soyqırımı”nı tanıyan qətnaməsi heç bir həqiqəti əks etdirmir və hüquqi əsas daşımır.

Bu fikri Türkiyənin sabiq Mədəniyyət naziri Namiq Kamal Zeybək AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində ifadə edib.

Ötən əsrin əvvəllərində erməni millətçilərinin və din xadimlərinin Osmanlı dövlətinə qarşı böyük bir xəyanət planı həyata keçirdiklərini diqqətə çatdıran Namiq Kamal Zeybək deyib: "Ermənilər əsl soyqırımını Anadolunun şərqində - Naxçıvanda, Azərbaycanın digər bölgələrində törədiblər. Ötən əsrin əvvəllərində bu cinayətləri erməni silahlı birləşmələri həyata keçirirdilər. 1918-ci ildən sonra isə bu cinayətləri terrorçu Ermənistan dövləti davam etdirməyə başladı. Həmin vaxtdan bu günədək Ermənistan Azərbaycana qarşı soyqırımı, deportasiya və hərbi işğal kimi bəşəri cinayətlər törədib. Əgər ABŞ senatorları kimin haqlı, kimin haqsız olduğunu, kimin soyqırımına məruz qaldığını həqiqətən bilmək istəyirlərsə, bütün bu gerçəklikləri öyrənsinlər”.

 

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video