14 Dekabr 2019 17:04
601
SİYASƏT
A- A+

Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək



Cənub-Şərqi Avropa və Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri doktor Xristian Yohannes Henrix Azərbaycanın beynəlxalq münasibətlərdə rolu, multikulturalizm siyasəti, son vaxtlar ölkəmizdə həyata keçirilən islahatlar ilə bağlı AZƏRTAC-ın müxbiri Anar Allahverdinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-Cənab Xristian Yohannes Henrix, siz Cənub-Şərqi Avropa və Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri kimi uzun illərdir ki, Qafqaz regionu ilə bağlı araşdırmalar aparırsınız. Almaniyada Qafqazı yaxından tanıyan elm adamı kimi Azərbaycanın beynəlxalq münasibətlərdə rolunu necə dəyərləndirirsiniz?

-Həqiqətən də Azərbaycan beynəlxalq münasibətlər sistemində önəmli rola malikdir, Avropanın təhlükəsizlik siyasətinə mühüm töhfələr verir. Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq” Proqramında fəal iştirak edir. Həmçinin üzvü olduğu GUAM vasitəsilə regionun təhlükəsizlik siyasətində xüsusi rol oynayır. Təbii olaraq, Azərbaycan ilə Türkiyə arasında da təhlükəsizlik məsələlərində sıx əlaqələr mövcuddur və bu əlaqələr, eyni zamanda, Azərbaycanın Qərblə münasibətlərini möhkəmləndirir. Bundan əlavə, ABŞ-la hərbi sahədə müxtəlif istiqamətlər üzrə birgə fəaliyyət, Pakistanla hərbi əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sisteminin subyekti kimi vacibliyini göstərir.

Azərbaycanın beynəlxalq arenada digər vacib rolu onun enerji siyasəti ilə bağlıdır. Avropa İttifaqı (Aİ) ilə qaz nəqlini özündə əks etdirən strateji sənədlərin imzalanması Azərbaycanın Aİ-nin enerji siyasətində vacib tərəfdaş olduğunu göstərir. Bununla Azərbaycan Avropada vacib əhəmiyyət kəsb etməklə yanaşı, əlavə təsir imkanları da əldə etmiş olur. Bakı-Tbilisi-Ceyhan neft, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu (TANAP) qaz boru kəmərləri kimi layihələr Azərbaycanın enerji siyasətinin önəmli hissələrini təşkil edir. Bu layihələr Avropanın enerji təminatında asılılığın aradan qaldırılmasına kömək göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa-Qafqaz-Asiya istiqamətində nəqliyyat dəhlizinin bir hissəsidir və mühüm infrastruktur layihə olaraq Avropaya açılan əlavə qapıdır.

-Son vaxtlarda Azərbaycanda dövlət idarəçiliyi sahəsində köklü islahatlar həyata keçirilir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

-Prezident İlham Əliyev tərəfindən bu islahatların həyata keçirilməsi beynəlxalq aləmdə də müsbət qiymətləndirilən addımdır. Müasir düşüncəli, yüksək səviyyəli təhsili olan gənc kadrların vəzifədə irəli çəkilmələri ortaya tam fərqli yanaşma qoyur. Prezident Əliyev bu məsələdə çox doğru addım atır. İdarəetmədə həyata keçirilən islahatlar yenilənməyə gətirib çıxaracaq və beləliklə, Azərbaycanın uğurlu bir ölkə kimi daha da inkişafını təmin edəcək.

-Məlum olduğu kimi, multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Siz bu barədə nə düşünürsünüz?

-Aydın məsələdir ki, multikulturalizm çox vacib bir mövzudur. Qafqaz regionuna nəzər saldıqda, Ermənistanın monoetnik ölkə olduğunu görürük. Misal olaraq, Ermənistan ərazisindəki kürdləri göstərmək olar. Burada yaşamış əksər kürdlər demək olar ki, tamamilə o ölkədən köçməyə məcbur edilib, yerdə qalanları isə assimilyasiya siyasətinin qurbanı olublar. Eyni ssenari vaxtilə Ermənistanda yaşamış etnik azərbaycanlılar üçün də həyata keçirilib. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini beynəlxalq hüquq normalarına zidd olaraq işğal altında saxlayır. İşğal olunmuş ərazilərin sakinləri öz yaşayış yerlərini tərk etməyə məcbur edilib. Bu siyasət nəticəsində bu gün nə Ermənistanda, nə də işğal olunmuş Azərbaycan torpaqlarında heç bir azərbaycanlıya rast gəlinmir, bilavasitə etnik təmizlənmə və köçürülmə siyasəti həyata keçirilib. Azərbaycanda isə əksinə, 120 mindən çox erməni digər etnik azlıqlarla birgə yaşayır. Bir sözlə, Azərbaycan region üçün bir model ölkədir. Azərbaycanda tolerantlıq, multikulturalizmlə bağlı keçirilən tədbirlər xüsusi əhəmiyyətə malikdir. Belə tədbirlər, xüsusilə də Azərbaycandakı tolerantlıq dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video