14 Dekabr 2019 17:02
738
CƏMİYYƏT
A- A+

İman Nağıyev: Boş hakim ştatlarını doldurmaq üçün namizədlərin seçim prosesi davamlı olaraq aparılır

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən mövcud hakim ştatlarının sayı 200 vahid artırılıb. Boş hakim ştatlarını doldurmaq üçün Hakimlərin Seçki Komitəsi olaraq namizədlərin seçim prosesinə başlamışıq. Bu proses davamlı olaraq aparılır.

AZƏRTAC xəbər verir ki, bunu Hakimlərin Seçki Komitəsinin sədri, Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev dekabrın 14-də hakimliyə namizədlər üçün Dövlət İmtahan Mərkəzində keçirilən yazılı imtahanla bağlı jurnalistlərə müsahibəsində deyib.

İman Nağıyev bildirib: "Seçim prosesinin birinci mərhələsində iki imtahan yekunlaşıb, üçüncü şifahi imtahan mərhələsi aparılır. Bundan sonra ikinci seçim üzrə isə ilkin test imtahanı keçirilib və 229 namizəddən 108-i ikinci imtahan mərhələsinə buraxılıb. Bu gün onlarla ikinci imtahan olan yazılı imtahan prosesini keçiririk. Proses davamlı olaraq aparılır və hazırda sənəd qəbulu davam edir. Növbəti tur üçün artıq 50-dən artıq namizəd sənədlərini təqdim edib. Proses bu qayda ilə davamlı olaraq aparılacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video