14 Dekabr 2019 10:39
425
CƏMİYYƏT
A- A+

UNCCD-nin rəsmi internet portalı Azərbaycanda keçirilən ağacəkmə aksiyasından yazıb


Almaniyanın Bonn şəhərində yerləşən BMT-nin Səhralaşmayla Mübarizə Konvensiyasının (UNCCD) rəsmi internet səhifəsində "Səhralaşmayla və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə Azərbaycan 1 gündə 650 min ağac əkmişdir” başlıqlı məlumat dərc olunub (bax: https://www.unccd.int/news-events/azerbaijan-plants-650-000-trees-day-fight-desertification-and-climate-change).

AZƏRTAC xəbər verir ki, məlumatda daha "yaşıl” gələcək üçün misli görünməmiş ictimai fəaliyyət çərçivəsində dekabrın 6-da Azərbaycan ərazisində 650 min ağac əkildiyi bildirilir. Vurğulanır ki, bu ətraf mühit kampaniyası böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında reallaşıb. Məqalədə həmçinin qeyd edilir ki, ağacların əkilməsi yerlərini müəyyənləşdirən xəritə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib olunub. Eyni zamanda bildirilir ki, həmin ağaclar sözügedən Nazirliyin "Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin tinglik sahələrində böyüdülüb. Əlavə edilir ki, ağaclar "karbon dioksid emissiya”larını illik olaraq 2.6 min m³ azaltmaq potensialına malikdir və bu, iqlim fəaliyyətinə, səhralaşmayla və torpağın deqradasiyası ilə mübarizəyə əhəmiyyətli töhfədir.

Məlumatda qeyd olunur ki, bir sıra hökumət rəsmiləri, diplomatik missiyaların nümayəndələri, ictimai xadimlər və vətəndaş cəmiyyətinin təmsilçiləri adıçəkilən kampaniyaya qoşulmuşlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video