14 Dekabr 2019 00:56
614
CƏMİYYƏT
A- A+

Bütün namizədlərə bərabər şərait yaradılmışdır


Yerli özünüidarəetmə sisteminin formalaşması ölkəmizdə demokratik inkişafın əyani nümunəsidir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, dövlət və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan addımlar bələdiyyələrin fəaliyyətində öz ifadəsini tapmaqla bərabər respublikamızda yerli özünüidarəetmə orqanlarının işinin təşkilinə mühüm töhfələr verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gələcəyə hesablanmış əhatəli dövlət proqramlarının, genişmiqyaslı sosial və infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş, demokratik proseslərə güclü təkan vermiş, onun beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirmişdir. Vətəndaşların maraq və mənafeyi naminə yerli əhəmiyyətli məsələlərin həllində isə bələdiyyələr geniş imkanlara malikdir. Odur ki, insanlar daha fəal, daha çevik bələdiyyə üzvlərinə etimad göstərməklə mövcud problemlərin həllinin vaxtında həll edilməsində onlara daha çox güvənirlər.

Qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir. Seçicilər əvvəlki illərdə olduğu kimi, bu dəfə də ən layiqli insanlara səs verməyi özlərinin vətəndaşlıq borcları hesab edirlər. 102 saylı Samux-Şəmkir dairə seçki komissiyasının sədri Bayram Qasımovla da söhbətimiz bu barədə oldu. O dedi ki, əvvəlki seçkilərdə olduğu kimi, budəfəki seçkilərin də şəffaf və demokratik keçirilməsi üçün bütün hazırlıq işləri aparılmışdır.

Öyrəndik ki, 102 saylı Samux-Şəmkir seçki dairəsini əhatə edən məntəqələrin 7-si Şəmkirdə, 44-ü Samuxda yerləşir. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində ümumilikdə dairə üzrə 45 min 464 nəfər seçici səs verəcək. Əvvəlki seçkilərdən fərqli olaraq budəfəki bələdiyyə seçkilərində namizədlərin sayında da xeyli artım qeydə alınmışdır. Belə ki, bələdiyyə üzvü olmaq üçün 656 namizəd qeydə alınmışdır.

Dairə seçki komissiyasının sədri daha sonra qeyd etdi ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 839 nəfər gənc ilk dəfə səs verəcək. Səs verənlər arasında yaşı 100-ü keçmiş seçicilər də var. Samux rayonunun Əliuşağı kənd sakini Yamən Mehdiyevanın 101 yaşı var. O deyib ki, seçkilərdə iştirak etmək hər birimizin vətəndaşlıq borcumuzdur. Sevinirəm ki, sağ qalıb bu seçkilərdə də iştirak edirəm.

102 saylı Samux-Şəmkir seçki dairəsini əhatə edən məntəqələrdə hazırlıq işləri başa çatmışdır. Dairə və məntəqə seçki komissiyalarının sədr və üzvləri təkmilləşdirmə kurslarına cəlb edilmişlər. Məntəqələr rabitə və dayanıqlı elektrik enerjisi ilə təmin olunmuşdur. Seçkilərin qış mövsümündə keçirilməsi nəzərə alınaraq məntəqələrin istilik sistemləri qaydaya salınmışdır. Hazırda namizədlərin təbliğat kampaniyası aparılır. Bunun üçün bütün namizədlərə eyni şərait yaradılmışdır. Açıq və qapalı yerlər ayrılmış və hər bir şəraitlə təmin edilmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video