13 Dekabr 2019 22:59
802
CƏMİYYƏT
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb



Əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində müfəssəl tədqiqatların aparılması sahəsində birgə əməkdaşlığın həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında Anlaşma Memorandumu, eyni zamanda, nazirliklə BMT-nin Əhali Fondu arasında Niyyət Protokolu imzalanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin tabeliyindəki DOST Agentliyində keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, Çex Respublikasının Karlov Universitetinin professoru Tomaş Kuçera iştirak ediblər. Qonaqlar tədbirdən əvvəl DOST Agentliyi və Agentliyin 1 saylı DOST Mərkəzi, burada əhaliyə "bir pəncərə” vətəndaş məmnunluğu prinsipi əsasında göstərilən xidmətlərlə tanış olublar.

Sənədlərin imzalanması tədbirində S.Babayev Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə dayanıqlı inkişafın əldə edildiyi və onun nəticələrindən biri kimi, respublikamızda müsbət demoqrafik vəziyyətin mövcud olduğunu bildirib. O qeyd edib ki, inkişaf etmiş ölkələrdən fərqli olaraq əhalinin sayının azalması Azərbaycan üçün xarakterik olmasa da, ölkədə demoqrafik təhlükəsizliyin təmin olunması aparılan siyasətin əsas istiqamətləri sırasındadır. Bu məqsədlə dolğun proqnozlaşdırma sisteminin yaradılması böyük əhəmiyyət kəsb edir.

Nazir diqqətə çatdırıb ki, Şərqi Avropa və MDB dövlətləri arasında ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 290 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.

S.Babayev deyib ki, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 20,1 faiz artaraq 2019-cu il oktyabrın 1-nə 10 044,5 min nəfər təşkil edib. Təbii artım göstəricisi əhalinin hər 1000 nəfərinə hesabı ilə 7,9 nəfərdən 8,4 nəfərə, doğulanların sayı 13,9 nəfərdən 14,1 nəfərədək artıb. Ölənlərin sayı isə 6,0 nəfərdən 5,7 nəfərədək azalıb. Hazırda Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. Əhalinin tərkibində 0-14 yaş qrupunda olan əhalinin payı 22,4 faiz, 15-64 yaş qrupunda 70,8 faiz, 65 yaşdan yuxarı 6,8 faiz, 15-29 yaşda olan əhali (gənclər) 23,3 faizdir.

Nazir qeyd edib ki, əməkdaşlıq barədə sənədləri imzalayan tərəflər beşillik layihə çərçivəsində Çexiya Respublikasının Karlov Universitetini cəlb etməklə Azərbaycanda əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində tədqiqatların aparılması, demoqrafik proqnozların hazırlanması, mükəmməl proqnozlaşdırma metodologiyasının tətbiqi və milli kadr potensialının formalaşdırılması sahəsində birgə fəaliyyət həyata keçirəcəklər.

Sosial sahədə aparılan islahatları diqqətə çatdıran S.Babayev bu il dövlət başçısının uğurlu sosial islahat paketləri nəticəsində minimum əməkhaqqının 93 faiz, minimum pensiyanın 72 faiz, müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, bu və digər sosial əhəmiyyət kəsb edən tədbirlərin 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olduğunu qeyd edib. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsinin dövlət sosial xidmətlər sferasına gətirdiyi və bu xidmətlərdə vətəndaş məmnunluğunu təmin edən innovativ yeniliklər, DOST konsepsiyasının mahiyyəti və məqsədləri barədə məlumat verib. Nazir, həmçinin əmək, məşğulluq, sosial təminat sahələrində elektron xidmətlərin tətbiqini, bu xidmətlərin proaktiv əsasda qurulması istiqamətində atılan ardıcıl addımları diqqətə çatdırıb.

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Q.Counz öz çıxışında bildirib ki, Azərbaycanın ən iri neft və qaz layihələrinin əməliyyatçısı olan BP şirkəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıqdan çox məmnundur. Bu gün imzalanan sənədlər çərçivəsində həyata keçiriləcək birgə layihə ölkənin əhali potensialından ən faydalı və səmərəli şəkildə istifadə olunması üçün böyük imkanlar açır. O, ölkədə etibarlı demoqrafik proqnozlaşdırma sisteminin və bacarıqlarının inkişafının düzgün planlaşdırmanı təmin etməklə, demoqrafik təhlükəsizliyə və sosial-iqtisadi siyasətin dayanıqlılığına öz dəyərli töhfəsini verəcəyinə əminliyini ifadə edib.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri F.Babayev diqqətə çatdırıb ki, hazırda Azərbaycan da daxil olmaqla bütün dünya ölkələri Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq istiqamətində öhdəlikləri yerinə yetirməyə çalışırlar. Lakin uğurlu davamlı inkişaf demoqrafik proseslərin və müxtəlif sosial-iqtisadi göstəricilərin qarşılıqlı əlaqəsini hərtərəfli və müntəzəm öyrənmək və təhlil etmək məqsədilə proqnozlaşdırma sistemi yaratmaq üçün institusional yanaşmanın təmin edilməsini tələb edir. Məhz buna görə bu gün aidiyyəti qərarları qəbul edərkən əhalinin say və yaş tərkibində baş verə biləcək dəyişiklikləri nəzərə almaq olduqca böyük əhəmiyyət kəsb edir.

Karlov Universitetinin professoru T.Kuçera layihə çərçivəsində görüləcək işlərə öz töhfəsini vermək əzmində olduğunu deyib.

Daha sonra tərəflər arasında sənədlər imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video