13 Dekabr 2019 18:31
412
CƏMİYYƏT
A- A+

Sumqayıtda bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə işi davam edir


Sumqayıt Musiqi Kollecində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş İdarənin rəisi Elgün Hümbətov ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi qayğısından və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından, şəhərdə aparılan abadlıq-quruculuq işlərindən, həyata keçirilən genişmiqyaslı layihələrdən, gələcək inkişaf planlarından danışıb.

Görüşün məqsədindən danışan rəis qarşıdan gələn bələdiyyə seçkilərində gənclərin iştirakının təbliği, seçkilərdə ilk dəfə iştirak edən gənclərin seçki prosesi, seçkilərdə iştirak hüququ, seçicilərin hüquq və vəzifələri, səsvermə proseduru barədə maarifləndirmək olduğunu diqqətə çatdırıb.

Kollecin direktoru Rasim Quliyev ilk dəfə səsvermə hüququ əldə etmiş gəncləri təbrik edərək onları seçkilərdə aktiv olmağa dəvət edib. Qeyd edib ki, ilk dəfə səs verəcək gənclər bu böyük məsuliyyəti dərk edərək düzgün seçim etməlidir.

Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin tarix müəllimi Raqif Şirinov seçki qanunvericiliyindən, seçkilərdə iştirak hüququ, səsvermə proseduru barədə ətraflı məlumat verərək, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının öz səsvermə hüququndan istifadə etməklə əslində seçki obyektivliyini təmin etmiş olacağını bildirdi.

Görüşün sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb, iştirakçılara maarifləndirici bukletlər paylanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video