13 Dekabr 2019 18:21
463
CƏMİYYƏT
A- A+

AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib.

AZƏRTAC xəbər verir ki, AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bələdiyyə seçkiləri ilə əlaqədar təşkilatın bu ilin əvvəlindən fəaliyyət planını açıqladığını və fevral ayından fəaliyyətə başladığını qeyd edib. O, aralıq hesabatın fevralın 14-dən dekabrın 13-dək olan dövrü əhatə etdiyini bildirib. Diqqətə çatdırıb ki, aralıq hesabatda seçkiqabağı siyasi mühit, söz və mətbuat azadlığı, AVCİYA tərəfindən aparılan KİV-in monitorinqinin nəticələri, sərbəst toplaşmaq azadlığı, namizədlərin irəli sürülməsi, qeydə alınması, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, təbliğat və təşviqat kampaniyası ilə bağlı məlumatlar öz əksini tapıb. M.Zülfüqarlı AVCİYA tərəfindən görülən işləri, həyata keçirilən tədbirləri də diqqətə çatdırıb.

"AVCİYA belə hesab edir ki, seçkilər ərəfəsində və seçkilər elan olunduqdan sonra sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığı sahəsində hər hansı problemlər müşahidə edilməyib. KİV-in və jurnalistlərin fəaliyyətinə hər hansı müdaxilə və təzyiq faktları qeydə alınmayıb. Vətəndaş cəmiyyəti institutlarının seçki maarifçiliyi, seçkilərin monitorinqi və müşahidəsinə hazırlıq fəaliyyətlərinə, paytaxt və regionlarda seçicilərlə görüşlərinə və tədbirlərin təşkilinə hər hansı müdaxilə və əngəllər müşahidə edilməyib. Bələdiyyələrə namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilib və kənar müdaxilələr qeydə alınmayıb. AVCİYA hesab edir ki, bələdiyyə seçkiləri ərəfəsində ölkədəki sabitlik, ictimai-siyasi mühit, mövcud qanunvericilik, söz və mətbuat azadlığı sahəsində vəziyyət şəffaf, demokratik və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsinə əlverişli şərait yaradır”, - deyə seçki qərargahının rəhbəri bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video