12 Dekabr 2019 17:52
589
DÜNYA
A- A+

“Forbes” 2019-cu ildə dünyanın ən nüfuzlu qadınının adını açıqlayıb


Almaniya kansleri Angela Merkel ötən il olduğu kimi, "Forbes” jurnalının versiyası üzrə 2019-cu ildə də dünyanın ən nüfuzlu 100 qadınının reytinqinə başçılıq edir.

AZƏRTAC xəbər verir ki, jurnalın tərtib etdiyi reytinqdə ilk üçlüyə, həmçinin Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard və ABŞ Konqresinin İcmalar palatasının spikeri Nensi Pelosi də daxil olub.

Siyahıda doqquz ildir mütəmadi olaraq ilk yeri tutan Angela Merkel Avropada miqrasiya əleyhinə əhval-ruhiyyəyə qarşı mübarizə aparır. Nensi Pelosi isə ABŞ Prezidenti Donald Trampın impiçment prosesinin əsas təşəbbüskarlarından biridir.

Reytinqdə amerikalı televiziya aparıcısı Opra Uinfri 20-ci, Britaniya kraliçası II Elizabet isə 40-cı yerdə qərarlaşıb. ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka 42-ci, amerikalı müğənni Rianna 61-ci, tennisçi Serena Uilyams isə 81-ci yeri tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video