12 Dekabr 2019 17:38
475
SİYASƏT
A- A+

Kiyevdə keçirilən anım mərasimində Ulu Öndərin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən danışılıb


Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Kiyevdəki Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsinin önündə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, anım mərasiminin iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini yad ediblər.

Tədbirdə iştirak edən Baş Nazirin müavini Əli Əhmədov ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışıb. Bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik illəri ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb. Sovetlər dönəmində Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə əzəmətli sıçrayış və yeniləşmə illəri kimi daxil olub.

"Heydər Əliyevin misilsiz tarixi missiyası ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha qabarıq şəkildə büruzə verib. Azərbaycan xalqı əvəzsiz xidmətlərinə görə Ümummilli Lideri xilaskar adlandırıb. 1993-cü ildə Ulu Öndərin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və digər bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı”, - deyə Ə.Əhmədov qeyd edib. Baş Nazirin müavini vurğulayıb ki, Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir.

Baş Nazirin müavini bildirib ki, bütün dünyada olduğu kimi, Ukraynada da kifayət qədər azərbaycanlı yaşayır: "Siz özünüzü həmişə güvənli hesab edə bilərsiniz, sizin arxanızda güclü Azərbaycan və onun Prezidenti dayanır. Mən inanıram ki, burada çalışan bütün soydaşlarımızın, təhsil alan azərbaycanlıların hər birinin ürəyi Azərbaycanla döyünür”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video