12 Dekabr 2019 15:15
470
SİYASƏT
A- A+

Erkan Özoral: Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir


Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 12-də Fəxri xiyabana ziyarətə gələn Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, səfirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları ilə birgə Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, məzarı önünə gül qoyub, ona ehtiramlarını bildiriblər.

"Heydər Əliyev həqiqətən həyatı araşdırılması vacib və gördüyü işlər, fəaliyyəti, davranışı hər kəsin nümunə götürməsi lazım olan dahi şəxsiyyətdir. O, bütün ömrü boyu Azərbaycanın suverenliyini düşünüb, onun müstəqillik qazanacağı günlərin xəyalını qurub, müstəqilliyin bərpasından sonra da ölkəsini necə inkişaf etdirməyi, gücləndirməyi, möhkəmləndirməyi düşünən, ömrünü bu amala həsr edən insan olub. Heydər Əliyev bu yolda öz həyatını təhlükə altına atıb, hər zaman öz canını qurban verməyə hazır olan biri idi", - deyə səfir vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video