12 Dekabr 2019 15:10
420
SİYASƏT
A- A+

Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib


Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsi önünə gələrək əziz xatirəsini yad ediblər.

Azərbaycanın müstəqil və inkişaf etmiş dövlət kimi regionda söz sahibi olması görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Dahi rəhbərin şərəfli ömür yolu Vətənə xidmət nümunəsi, qürur və fəxarət rəmzidir. Ulu Öndərin "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”, – fikirləri Onun bütün həyat amalının ifadəsidir.

Ümummilli Lider elə bir fenomen şəxsiyyətdir ki, zaman keçdikcə, illər ötdükcə, onun böyüklüyünü daha dərindən dərk edirik. Xalqımızın böyük oğlu Azərbaycanın uğurlu gələcəyinə işıq salan mükəmməl inkişaf konsepsiyası hazırlayıb və mənalı ömrünü bu ideyaların həyata keçirilməsinə həsr edib. O, hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb, onu zamanın ağır sınaqlarında məharətlə çıxarıb.

Dahi liderin ölkəmizə rəhbərliyinin 1969-1982-ci illəri Azərbaycan tarixinə iqtisadi və milli-mədəni yüksəliş dövrü kimi daxil olub. Həmin dövrdə respublika həyatının bütün sahələrində kompleks tədbirlər həyata keçirilib, Azərbaycan ittifaq respublikaları içərisində inkişaf tempinə görə öncül mövqeyə yüksəlib, tarixi-mədəni irsimiz, milli dəyərlərimiz qorunub yaşadılıb. Məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi o illərdə dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub.

Heydər Əliyev şəxsiyyəti və dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir. Ümummilli Liderimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyasına həsr edilib. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında yaşayan və fəaliyyət göstərən Ulu Öndər müstəqilliyimizin əsasını təşkil edən mühüm tarixi qərarlar qəbul edib, muxtar respublikanın erməni təcavüzündən xilas edilməsi, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görüb. Üçrəngli bayrağımızın ilk dəfə 1990-cı il noyabrın 17-də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, aqrar islahatların keçirilməsinə, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan uğurlu addımlar idi.

1993-cü ildə xalqımız Ümummilli Liderinə yenidən üz tutdu, nicatını onun hakimiyyətə qayıdışında gördü. Görkəmli dövlət xadimi Azərbaycanı hərc-mərclikdən, müstəqilliyini itirmək təhlükəsindən xilas edərək ictimai-siyasi sabitlik və hərtərəfli inkişaf yoluna çıxardı. 1993-2003-cü illərdə Vətənə və xalqına xidmət nümunəsi göstərən Ümummilli Liderimiz doğma Azərbaycanın davamlı inkişafını təmin etdi, onu tərəqqiyə qovuşduraraq bütün dünyada tanıtdı.

Bu gün Ulu Öndərin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan öz tarixinin yeni, şanlı səhifələrini yazır. Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşdurur. Xalqımız Ümummilli Liderin şah əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, Ulu Öndərə dərin məhəbbətlərini onun ideyaları ətrafında sıx birləşməklə nümayiş etdirir.

Bu yolun davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da yeni inkişaf mərhələsinə qovuşdurub. Muxtar respublikada quruculuq işləri geniş vüsət alıb, iqtisadiyyatın dinamik inkişafı, sosial proqramların icrası, enerji, ərzaq və müdafiə təhlükəsizliyi təmin edilib. Qazanılan bütün bu uğurlar dahi şəxsiyyətin ideya və amallarının dönmədən həyata keçirilməsi nəticəsində mümkün olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: "Müstəqil Azərbaycan cəmiyyətində inkişafın bir hərəkətverici qüvvəsi var: bu – Heydər Əliyev ideyalarıdır. Heydər Əliyev yoluna sadiq qalan xalqımız özünün milli liderinin ideyalarını yaşatdıqca, onun zəngin xəzinəsindən bəhrələndikcə, daim irəliyə gedəcək, yaşayacaq və rifaha qovuşacaqdır”.

Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də Ümummilli Liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video