12 Dekabr 2019 12:29
366
SİYASƏT
A- A+

İtaliya qəzeti: Heydər Əliyev Azərbaycan-İtaliya strateji tərəfdaşlığına aparan yolun əsasını qoyub


İtaliyanın "European Affairs” onlayn qəzetində jurnalist Domeniko Letizianın ulu öndər Heydər Əliyev haqqında "Heydər Əliyev vəfatının 16-cı ildönümündə Azərbaycan xalqının xatirəsində” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTACxəbər verir ki, italiyalı jurnalist Azərbaycanın müasir tarixinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, bu gün Azərbaycanın çiçəklənməsi, tammiqyaslı və dinamik inkişaf yaşamasının onun məqsədyönlü strategiyasından irəli gəldiyini bildirir.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra böyük çətinliklərlə üzləşdiyini yazan müəllif ölkənin müstəqilliyinin qorunması, beynəlxalq səviyyədə ilk təmaslarının qurulması, azad bazar iqtisadiyyatı prinsiplərinə qoşulması, sülh və demokratiya yoluna qədəm qoymasının Heydər Əliyevin fəaliyyətinin nəticəsi olduğunu qeyd edir.

Jurnalist məqaləsində bildirir ki, müstəqilliyin ilk çətin illərində Heydər Əliyev Azərbaycanda modern dövlətçiliyin, güclü dövlət institutlarının qurulmasını, vətəndaş cəmiyyəti və iqtisadiyyatın inkişafını təmin edib.

Jurnalist Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərinə diqqəti yönəldərək, bu xüsusda, onun Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qarşısının alınması və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunması, ordu quruculuğunun, Azərbaycanın müstəqil siyasətinin təmin olunması, 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması ilə transmilli şirkətlərin ölkənin neft və qaz sektoruna cəlb edilməsi, ölkədə sosial-iqtisadi inkişafın əsaslarının qoyulması, müxtəlif din və mədəniyyətlərin sülh içində birgə yaşamasına söykənən multikulturalizm ənənələrinin qorunub saxlanılması və milli maraqların müdafiəsi məqsədilə həyata keçirdiyi siyasi xətt barədə məlumat verir və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini bildirir.

Heydər Əliyevin Azərbaycan-İtaliya münasibətlərinə də böyük töhfə verdiyini qeyd edən jurnalist Ulu Öndərin 1997-ci ildə İtaliyaya rəsmi səfərinin bu gün iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığa aparan yolun əsasını qoyduğunu qeyd edir. Hazırda Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, mədəni və akademik sahələrdə yüksək səviyyəli əməkdaşlığın mövcudluğunu və ötən ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin də bunu təsdiq etdiyini vurğulayır.

Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:https://www.europeanaffairs.it/blog/

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video