12 Dekabr 2019 00:40
433
SİYASƏT
A- A+

Gennadi ŞMAL: “Keçmiş SSRİ-də idarəçilik baxımından Heydər Əliyevlə müqayisə edilə biləcək şəxs yox idi”


Keçmiş SSRİ-də idarəçilik baxımından Heydər Əliyevlə müqayisə edilə biləcək şəxs yox idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrini bölüşərkən söyləyib. O qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində iqtisadi, sosial və mədəni həyatın ən mühüm sahələrinə rəhbərlik edirdi. "Onun keçirdiyi müşavirələrdə mən də dəfələrlə olmuşam. O vaxt hökumətin tərkibində operativ məsələlər üzrə komissiya vardı. Əslində, Heydər Əliyevin rəhbərlik etdiyi bu komissiya bütün ölkə iqtisadiyyatını idarə edirdi. Hökumətin başçısı siyasi məsələlərlə məşğul idi, cari məsələlər isə Heydər Əliyevin üzərinə düşürdü. O vaxt cari məsələlər indikindən çox idi, çünki ölkə böyük idi. Lakin Heydər Əliyev bütün məsələlərin öhdəsindən bacarıqla gəlirdi. O, əvvələn, bilikli, ikincisi, istedadlı insan idi və ən başlıcası, onun xarakteri vardı. Bu amillər Heydər Əliyev səviyyəli insan üçün çox vacib idi. Onu həmişə diqqətlə dinləyir, eşidir və dediklərinə əməl edirdilər. Həmin mürəkkəb dövrdə Heydər Əliyev Sovet İttifaqı üçün çox iş görüb. Heydər Əliyev Sovet İttifaqı tarixində böyük iz qoyub”, - deyə G.Şmal vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video