12 Dekabr 2019 00:39
488
SİYASƏT
A- A+

Pavlo MOVÇAN: “Ulu Öndər Heydər Əliyev ədəbiyyata, sözə böyük qiymət verirdi”


Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə ilk münasibətim hələ sovet illərindən yaranmışdı. O ədəbiyyata, sözə, yaradıcı insanlara böyük qiymət verirdi.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukraynanın tanınmış şairi, tərcüməçisi, ictimai xadimi, nəsimişünas Pavlo Movçan söyləyib.

Ulu Öndərlə bağlı xatirələrini bölüşən P.Movçan deyib: "Sovet dövründə bir dəfə Azərbaycanda dövlət səviyyəsində ədəbiyyat tədbiri keçirilirdi. Mən də həmin tədbirə dəvət almışdım. Tədbirdə Nəsiminin tərcümə etdiyim şeirlərini səsləndirdim. Tədbirdən sonra Heydər Əliyevlə görüşümüz oldu. Məndən nə arzuladığımı soruşdu, mən isə "Nəsiminin qəbrini ziyarət etmək istədiyimi” dedim. Qısa müddətdə Heydər Əliyev məni Nəsiminin qəbrini ziyarət etmək üçün Suriyaya göndərdi”.

P.Movçan vurğulayıb ki, Heydər Əliyev fenomen şəxsiyyətdir. O istər sovet dövründə, istərsə də Azərbaycanın müstəqillik illərində dövləti, xalqı üçün misilsiz xidmətlər göstərib. "Heydər Əliyevin Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında təmənnasız rolu olub. Bu xidmətlərin nəticəsi olaraq bu gün də iki ölkə arasında münasibətlər yüksək səviyyədədir”, - deyə P.Movçan əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video