11 Dekabr 2019 16:35
453
SİYASƏT
A- A+

Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb


Dekabrın 11-də Ciddədə Səudiyyə Ərəbistanı Krallığının İnformasiya naziri Turki Abdullah əş-Şəbana İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) İcraiyyə Şurasının növbədənkənar iclası çərçivəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb.

Azərbaycan haqqında xoş sözlər söyləyən səudiyyəli nazir ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin ildən-ilə inkişaf etdiyini vurğulayıb. Turki Abdullah əş-Şəbana öz sıralarında 57 İslam ölkəsinin xəbər agentliklərini birləşdirən UNA-nın İcraiyyə Şurasının və Baş Assambleyasının Ciddədə keçirilən növbədənkənar iclasında müzakirə olunacaq məsələlər barədə fikirlərini bildirib.

Görüşdə Səudiyyə Ərəbistanında Azərbaycana böyük maraq göstərildiyi, ölkəmizlə əlaqələrə xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Həmçinin UNA-nın fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sahəsində qarşıda duran çağırışların birgə həlli yollarının tapılmasının vacibliyindən danışılıb. Qeyd olunub ki, müasir dövrdə baş qaldıran islamofobiya və İslamın terrorizmlə əlaqələndirilməsi ciddi narahatlıq doğurur. Sülh və qardaşlıq dini olan İslama qarşı yönələn feyk xəbərlərlə mübarizə İƏT-in üzv ölkələrinin milli xəbər agentliklərinin fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.

İslam ölkələrinin xəbər agentlikləri ilə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq münasibətlərinin qurulduğunu deyən Aslan Aslanov bildirib ki, AZƏRTAC ilə Səudiyyə Ərəbistanının SPA agentliyi arasında əlaqələr nümunəvi səviyyədədir. Biz bu əlaqələrin inkişafı istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Nazir Turki Abdullah əş-Şəbana yaxın zamanlarda Azərbaycana səfər etmək və onun inkişafını öz gözləri ilə görmək arzusunda olduğunu deyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video