11 Dekabr 2019 16:06
1140
Elm və texnika
A- A+

Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb


Bakı Ali Neft Məktəbi (BANM) və "Baker Hughes” şirkəti ümumi dəyəri 1 milyon dollardan çox olan "JewelSuite” proqram təminatı lisenziyalarının ali məktəbə hədiyyə edilməsi barədə saziş imzalayıblar.

Müqavilə "Energy Forward” konfransı çərçivəsində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və "Baker Hughes” şirkətinin Rusiya-Xəzər bölgəsi üzrə direktoru Qreyq Rasel tərəfindən imzalanıb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, "JewelSuite” proqram təminatının tələbələr tərəfindən Xəzər hövzəsi daxilində spesifik sualtı problemlərin modelləşdirilməsi üçün istifadə edilməsi nəzərdə tutulur. Şirkət tərəfindən təchiz edilmiş aparıcı geoloji və geofiziki proqram təminatlarından istifadə edərək tələbələr zəruri iş təcrübəsi qazana biləcəklər.

Rektor Elmar Qasımov BANM-i belə bir zəruri proqram təminatı ilə təmin etdiyi üçün "Baker Hughes” şirkətinin rəhbərliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, 2015-ci ildən "Baker Hughes” ilə qurulmuş yüksək əməkdaşlıq nəticəsində şirkətdə ali məktəbin tələbələrinin istehsalat təcrübəsi təşkil edilir, daha sonra zəngin bilik və təcrübəyə malik məzunlar işlə təmin olunurlar.

Qeyd edək ki, "Energy Forward” konfransı Azərbaycanda ilk dəfə neft və qaz sektorunda məhsuldarlıq, səmərəlilik və təhlükəsizliyi əhəmiyyətli şəkildə dəyişən əsas tendensiyaları müzakirə etmək üçün dünyanın və regionun ideya sahiblərini və texniki ekspertləri bir araya gətirən qlobal tədbirdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video