11 Dekabr 2019 16:00
695
CƏMİYYƏT
A- A+

YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında bu il dekabrın 23-də ölkəmizdə keçiriləcək V çağırış Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən Binəqədi rayonu bələdiyyələri üzrə namizədliyi irəli sürülmüş qadınlarla qadın seçicilərin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, seçicilər, partiya fəalları iştirak ediblər.

YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov ölkəmizdə yaradılan seçki mühitindən, vətəndaşlarımızın seçmək hüququndan, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığından və namizədlər haqqında məlumat verib. Qeyd edib ki, rayon təşkilatı ötən seçkilərdə olduğu kimi bu dəfəki Bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşaraq namizədlərlə seçicilərin silsilə görüşlərini təşkil edir. Ramiz Göyüşov çıxışının sonunda namizədlərə uğurlar arzu edib.

Görüşdə YAP-ın Binəqədi qəsəbə Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva, Binəqədi Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi Kübra Əliyarlı, Biləcəri Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, Biləcəri Bələdiyyəsinin sədr müavini Samirə Həsənova, Xocasən Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatının gənc fəalı Fidan Əhmədzadə, Rəsulzadə Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi Jalə Sadıqova çıxış edərək bildiriblər ki, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq iştirak edərək qürurvericidir. Onlar bütün seçiciləri Yeni Azərbaycan Partiyasını namizədlərinə səs verməyə çağırıblar. Bələdiyyələrin qarşısında duran həlli vacib məsələlərə toxunaraq gələcəkdə bələdiyyələrdə təmsil olunacaqları təqdirdə həmin məsələlərin həlli istiqamətində səylə çalışacaqlarını, seçicilərin etimadını doğruldacaqlarını vurğulayıblar.

Görüşdə çıxış edən Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova namizədlərə öz tövsiyələrini verib. Qeyd edib ki, bu gün ölkəmizin sürətli inkişafı dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bələdiyyə qurumlarında təmsil olunan şəxslər də bu siyasətə paralel olaraq uğurla fəaliyyət göstərməli, göstərilən etimadı yüksək səviyyədə doğrultmalıdırlar.

Bahar Muradova bildirib ki, namizədlərin seçicilərlə silsilə görüşlərinin keçirilməsi olduqca mühüm əhəmiyyət daşıyır. Bu görüşlər yerlərdə də davam etdirilməli, əhalini maraqlandıran məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılmalı, onların fikirləri dinlənilməlidir. Hər bir namizədin savadı, intellekti, dünya görüşü və siyas yetkinliyi ilə seçildiyini vurğulayan Bahar Muradova qarşıdan gələn seçkilərdə namizədlərə uğurlar arzulayıb. Onların parlaq qələbə qazanacaqlarına ümidvar olduğunu bildirib.

Görüşdə, həmçinin seçicilər də çıxış edərək fikirlərini səsləndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video