Alternative content

08:39 07 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:09 07.08.2020 Sağlam istirahət
00:07 07.08.2020 BİLDİRİŞ
00:07 07.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan tələbə-könüllülərinin forumu
Azərbaycan tələbə-könüllülərinin forumu
ANA SƏHİFƏ / Təhsil
01:11 11.12.2019


Dekabrın 10-da Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin forumu keçirilib.

Əvvəlcə Təhsil Nazirliyinin tələbə-könüllüləri Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan forumun keçirilməsində məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına dəstək göstərməkdən ibarətdir.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Forumda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə daim xüsusi önəm verdiyini vurğulayıb.

Rektor könüllülük fəaliyyətini yüksək dəyərləndirərək bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tələbələri də könüllülük proqramının üzvüdürlər. E.Babayev deyib ki, könüllülər arasında formalaşmış münasibət ancaq uğurlu gələcəyə istiqamətlənib.

Təhsil naziri Ceyhun Bayramov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edib, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini deyib.

Nazir bu gün savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsinin Azərbaycan təhsilinin başlıca hədəfi olduğunu vurğulayıb.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində "Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən nazir qeyd edib ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti danılmazdır. "Bir” tələbə-könüllüləri beynəlxalq tədbirlərin uğurla keçirilməsinə öz töhfələrini verirlər. Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün keyfiyyətli və təcrübəli könüllülər ordusu deməkdir.

C.Bayramov Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində gənclərlə bağlı söylədiyi fikirlərə xüsusi diqqət çəkib və bildirib ki, hər bir gənc vətənpərvərlik dəyərlərinə önəm verməli, rəqabətqabiliyyətli peşəyə yiyələnməyi özünə əsas prioritet olaraq müəyyənləşdirməlidir.

Təhsil naziri tələbə-könüllülərə uğurlar arzulayıb.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti könüllülərin fəaliyyətini yüksək dəyərləndirib.

"Bir” Tələbə-Könüllü Proqramı BMT-nin İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə-könüllü platforması olduğuna görə Alessandro Frakassetti tərəfindən mükafatlandırılıb.

Tədbir çərçivəsində "Bir” Tələbə-Könüllü Proqramının hesabatı təqdim olunub, həmçinin ilin ən fəal tələbə-könüllüləri mükafata layiq görülüblər.

Tədbir könüllülərin himninin ifası ilə başa çatıb.

Forum Təhsil Nazirliyi və "Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilib.

"Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 26 ali və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edən proqram 23 mindən artıq könüllü bazasına sahibdir.

AZƏRTAC





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM