Alternative content

23:45 28 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Port Baku Mall”da “Gingerbread City” adlı sərgi açılıb
“Port Baku Mall”da “Gingerbread City” adlı sərgi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
01:09 11.12.2019


"Port Baku Mall”da un məmulatlarından hazırlanmış şirin zəncəfilli şəhərcik təqdim olunub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Bakının əsas görməli yerlərinin miniatür versiyaları, o cümlədən Heydər Əliyev Mərkəzi, Qoşa Qala qapısı, "Flame Towers”, Qız qalası, "Şeytan çarxı”, Teleqüllə, Azərbaycan Milli Xalça Muzeyi, həmçinin kiçik evlər, karusel və hətta ədvalı xəmirdən hazırlanmış təyyarə və gəmi də yer alıb. Hər il Avropanın müxtəlif şəhərlərində zəncəfilli pryaniklərdən evlər ucaldılır, Azərbaycanda "Gingerbread City” isə ilk dəfədir sərgilənir. Layihənin ideyası "Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudovaya məxsusdur.

Şirniyyat inşaat sənayesi şəhərcikdə qənnadı məmulatlarından hazırlanmış "Gingerbread” insanların Yeni il alış-verişi etmələri üçün işıqlı oyuncaq mağazaları və kiçik şirniyyat dükanlarına qədər real sosial infrastrukturu yaradıb. Şirniyyat şəhərciyinin əsas arxitektoru isə Rəşad Ələkbərovdur. Şəhərçikdə 80 ev, 77 marsipandan şam ağacı, 43 pryanik şam ağacı və 17 bayram xizəyi yerləşdirilib, küçələrdə isə yüzlərlə qənnadı məmulatlarından hazırlanmış insanlar gəzişir - şəhərciyin inşasında 50 kq un və 10 kq şəkərdən hazırlanmış 100 kq xəmir istifadə olunub. Bir ay ərzində "Le Plaisir”in on şirniyyatçısı yorulmadan işləyib və pryanikləri bəzəyiblər. Ədvalı şəhərciyin tərtibatına 200 kq marsipan, çoxlu şokolad, makarun, şirə, marmelad və rəngbərəng M&Ms konfetləri istifadə olunub.

Layihə "Nargis” nəşriyyat evi tərəfindən "Formula 1”, "Azərbaycan Hava Yolları” (AZAL), "Chenot Palace Hotel”, "Qafqaz Tufandag Mountain Resort Hotel”, "Bee Goddess”, "Caspian International Hospital”, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), "iTicket”, "Berg”, "150 Bar & Grill”, Ay Qonşu, Bank Respublika, Coca-Cola, "Etage Celebrity Point by Elnur Həsənov”, "Pasha Travel”, "Le Plaisir”, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANiiA), "ANC GROUP MMC” - "Rahat” supermarket, Aytən Səfərova Sonsuzluq Mərkəzi, "Soyuq əllər, isti ürək”, "Elux Events Hall”, "Port Baku Mall” və "Gazelli House Baku”nun dəstəyi ilə həyata keçirilib.

Sərgidə sponsorlar və "Nargis” nəşriyyat evinin dostları iştirak edib. Dadlı miniatürlərin hazırlanma prosesi "time-lapse” formatlı videoda müşahidə olunub . Sərgi yanvarın 13-nə qədər açıq olacaq, səhər saat 10-dan axşam saat 10-a qədər onu ziyarət etmək mümkündür. Giriş sərbəstdir. Şəkərli küçələrin fotolarını sərbəst olaraq çəkib sosial şəbəkələrdə #nargisgingerbreadcity həştəqi ilə paylaşmaq olar.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM