05:32 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ Venesuela, Serbiya və Asiya korrupsionerlərini cəzalandırdı
ANA SƏHİFƏ / DÜNYA
17:16 10.12.2019

Avropa, Asiya və Latın Amerikasının bir neçə ölkəsinin vətəndaşları və hüquqi şəxsləri korrupsiyada əli olduğuna görə ABŞ-ın sanksiyalarına məruz qalmışdır. Bu barədə "Assoşieyted Press” agentliyi xəbər verir.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi "Maqnitski Aktı” çərçivəsində 17 fiziki şəxs və 29 təşkilat barəsində məhdudiyyətlər siyahısını genişləndirmişdir.

Siyahıda Latviyanın Ventspils şəhərinin meri Ayvars Lemberqs, habelə Serbiya və Venesuela vətəndaşları da var.

Sanksiyalara həmçinin iki venesuelalı – Qustavo Adolfo Viskaino Gil və İndentifikasiya, Miqrasiya və İmmiqrasiya İnzibati Xidmətinin sabiq baş direktoru Xuan Karlos Duqarte Padron məruz qalmışlar.

Cəzalandırlmış fiziki şəxslərin və təşkilatların ABŞ-dakı hesabları dondurulacaq, Amerika vətəndaşlarına və şirkətlərinə onlarla biznes əlaqələri qurmaq qadağan ediləcək.

Bundan əlavə, korrupsiyada və insan hüquqlarını pozmaqda ittiham olunan rusiyalı və çinli fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq oluna bilər.




NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM