10 Dekabr 2019 16:28
442
SİYASƏT
A- A+

Şəkidə qadın seçicilərlə görüş keçirilib


Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə seçki prosesi ilə bağlı görülən işlər barədə məlumat verilib, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışılıb. Qeyd edilib ki, dövlətimizin uğurlu siyasətinin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakı daim artır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, cəmiyyətdə qadınların fəallığının artırılması nəticəsində onların seçkili orqanlarda da təmsilçiliyi yüksəlib. O bildirib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də savadlı və layiqli qadın namizədlərin sayı kifayət qədərdir. Bu mənada Şəkidə də bələdiyyələrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən qadın namizədlər irəli sürülüb. Bu, qadınlara göstərilən etimaddır. Deputat Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını vurğulayıb.

Milli Məclisin deputatı Sona Əliyeva Azərbaycanda son 20 il ərzində bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də qadınların rolunun mühüm olduğunu bildirib. S.Əliyeva qarşıdan gələn bələdiyyə seçkilərində qadın namizədlərin say çoxluğunun iş prosesində və həyata keçiriləcək layihələrin müsbət nəticələrlə tamamlanmasında böyük rol oynayacağına əminliyini söyləyib və bütün namizədlərə uğurlar arzulayıb. O vurğulayıb ki, bələdiyyə seçkiləri yerli demokratiyanın inkişafında vacib rol oynayır: "Təbii ki, Azərbaycan dünya üçün açıq ölkədir və keçirdiymiz seçkilər dünyada diqqətlə izlənilir. Azərbaycan hüquqi və demokratik dövlətdir və mükəmməl seçki sistemi mövcuddur. İnanırıq ki, bələdiyyə seçkiləri Azərbaycanda növbəti dəfə demokratiyanın təntənəsini ifadə edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video