09 Dekabr 2019 23:18
616
İQTİSADİYYAT
A- A+

A.Karavayev: Rusiya-Azərbaycan yol xəritələri tərəfdaşlarla qarşılıqlı fəaliyyət üçün modul tiplidir


Rusiya ilə Azərbaycan arasında əlaqələr iqtisadi kontekstdə yol xəritələri şəklində formalaşıb. Moskvanın nöqteyi-nəzərindən bu yol xəritələri təkcə Azərbaycanla deyil, bir çox digər tərəfdaşlarla da qarşılıqlı fəaliyyət üçün modul tipli yor xəritələridir. Bu sözləri Moskvada, "Rusiya-Azərbaycan: 2019-cu ilin yekunları” mövzusunda dəyirmi masada politoloq Aleksandr Karavayev səsləndirib. O bildirib ki, Azərbaycanın çoxvektorlu siyasəti son illərdə fəal xarakterli siyasətə çevrilib. Yəni Azərbaycan müxtəlif geosiyasi qüvvələrə Cənubi Qafqazda öz layihələrini təklif edir. O, bu kontekstdə "Yeni İpək Yolu” layihəsinin rolunu xatırladaraq deyib: "Azərbaycan yol xəritələri mövzusunu fəal inkişaf etdirərək, bu xəritələri öz layihələri ilə zənginləşdirir ki, bu da bilavasitə çox əhəmiyyətli "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində əks olunur”. A.Karavayev vurğulayıb ki, Moskva ilə Bakı arasında müzakirə edilən layihələr iki ölkənin bu beynəlxalq dəhlizlərə, xidmət, əmtəə və işçi qüvvəsi axınına cəlb olunması səviyyəsini yüksəldir.

Politoloq xatırladıb ki, elə bu gün Bakıda Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilir. Komissiya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri zamanı müzakirə edilən istiqamətləri müəyyən etməlidir.

A.Karavayevin fikrincə, kənd təsərrüfatı maşınqayırması iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri ola bilər. O deyib: "Məsələn, rusiyalı istehsalçılar Azərbaycanda yığma müəssisələri aça, dərman preparatlarının istehsalı üzrə müştərək müəssisələri inkişaf etdirə bilərlər. Münasibətlərin gələcək inkişafına təkan verə biləcək daha bir istiqamət elektroenergetika ola bilər. Bu, Azərbaycanda metallurgiya sahəsini bərpa etməyə imkan verərdi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video