09 Dekabr 2019 17:24
606
SİYASƏT
A- A+

Georgi Tsereteli: Cənubi Qafqazda yaranmış və Avropa üçün ciddi problem olan münaqişələr həll olunmalıdır


Mövcud münaqişələrin həllində ATƏT-in böyük potensialı var. Lakin onu da deməliyəm ki, bu problemlərin həlli üçün həm də siyasi liderlər tərəfindən iradə nümayiş etdirilməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli söyləyib.

ATƏT PA-nın prezidenti bildirib ki, münaqişələrin həllinə yönəlmiş müzakirələr və siyasi liderlər arasında baş tutan görüşlər mühüm əhəmiyyət kəsb edir və ilk növbədə Cənubi Qafqaz xalqlarının marağına cavab verir.

ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanın Xarici İşlər naziri ilə görüşünə toxunan Georgi Tsereteli deyib: "Söhbət zamanı biz mövcud prosesləri - qarşıdan gələn növbədənkənar seçkiləri, ATƏT-də Azərbaycanın iştirakını, islahatlar prosesini müzakirə etdik. Azərbaycan və Ermənistanın siyasi liderlərinin, həmçinin XİN başçılarının görüşü məsələsinə gəldikdə isə mən düşünürəm ki, bu görüşlər hər zaman xoş qarşılanmalıdır. Çünki münaqişənin həlli üçün daha çox qarşılıqlı anlaşma olmalıdır. Hesab edirəm ki, bu, münaqişənin sülh yolu ilə həlli üçün əsas vasitədir. Düşünürəm ki, on illər əvvəl meydana çıxan və bütün Avropa üçün ağrılı olan bu münaqişə həll edilməlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video