09 Dekabr 2019 17:05
517
DÜNYA
A- A+

İraqda 2626 nümayişçi azadlığa buraxılıb


Oktyabrın 1-dən bəri İraqda keçirilmiş dinc etiraz aksiyalarının 2626 iştirakçısı saxlanılmış və sonradan azadlığa buraxılmışdır. Bu barədə yerli hüquq müdafiəçiləri məlumat vermişlər.

Hüquq müdafiəçilərinin dediklərinə görə, İraq parlamentinin işçi qrupu etiraz aksiyaları zamanı saxlanmış vətəndaşların dosyesini öyrənir. 181 nümayişçi barədə istintaq davam edir. Onlara qarşı müxtəlif ittihamlar irəli sürülmüşdür.

Məlumata görə, oktyabrın 1-dən bəri ölkədə etiraz aksiyaları zamanı azı 460 nəfər həlak olmuş, 19 min nəfər zərər çəkmişdir.

Ötən ayın 29-da hökumət əleyhinə kütləvi aksiyalar fonunda İraqın Baş Naziri Adil Əbdülmehdi istefa vermək məcburiyyətində qalmışdır.



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video