09 Dekabr 2019 16:29
489
SİYASƏT
A- A+

Türkiyə Prezidenti Administrasiyasının hazırladığı internet səhifəsində “erməni terroru” bölməsi yaradılıb


Türkiyə Prezidenti Administrasiyası 1915-ci il hadisələri ilə bağlı ingilis dilində xüsusi internet səhifəsi yaradıb.

AZƏRTAC xəbər verir ki, internet səhifəsində fəaliyyət göstərən səkkiz bölmədən biri "erməni terroru” adlanır. Bu bölmədə 1970-1980-ci illərdə müxtəlif adlarda fəaliyyət göstərən erməni terror təşkilatları tərəfindən Türkiyə vətəndaşlarına qarşı 230 terror aktının törədildiyi barədə məlumat verilir. Qeyd olunur ki, bu terror aktları nəticəsində 31 türk diplomat öldürülüb, 520-dən artıq günahsız insan yaralanıb.

Yeni fəaliyyətə başlayan internet səhifəsi Ermənistanın Türkiyəyə qarşı iddia etdiyi uydurma "erməni soyqırımı” mövzusuna dair həqiqətləri əks etdirən kamil və çoxtərəfli əsaslı mənbədir. Burada 1915-ci il hadisələri ilə bağlı arxiv materialları, orijinal fotolar, eləcə də müasir Türkiyə Respublikasının mövzuya dair mövqeyi və fəaliyyətinə dair sənədlər əksini tapır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video