09 Dekabr 2019 16:11
592
CƏMİYYƏT
A- A+

Azərbaycanda qadın hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır


Dekabrın 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və Fransanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda dəyirmi masa keçirilib. Tədbir AQUPDK-nin BMT ilə birgə həyata keçirdiyi "Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” adlı 16 günlük (25 noyabr-10 dekabr) fəallıq kampaniyası çərçivəsində təşkil olunub. Kampaniyanın məqsədi gender əsaslı zorakılığa qarşı maarifləndirmə işinin aparılmasıdır.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri Simona Gatti gender bərabərliyinin bütün dünyada mühüm məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Qadınlara qarşı zorakılığın müasir dövrün qlobal çağırışlarından biri olduğunu vurğulayıb. Bildirib ki, birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda həyata keçirilən 16 günlük fəallıq kampaniyası Aİ-nin üzv ölkələri üçün nümunə göstərilə bilər.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross qadınların hüquqlarından danışaraq gender bərabərliyinin vacibliyini qeyd edib. Səfir Fransada qadınların hüquqlarının qorunmasının diqqət mərkəzində olduğunu vurğulayıb. O, gender bərabərliyi üzrə Fransa Ali Şurasının sabiq baş katibi Kler Giroya tədbirdə iştirakına görə təşəkkürünü bildirib və qadın zorakılığına qarşı Fransanın təcrübəsi barədə ətraflı danışıb. Bildirib ki, 2020-ci il iyulun 7-9-da Parisdə bu mövzuda böyük beynəlxalq konfrans keçiriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova 16 günlük fəallıq kampaniyası çərçivəsində bir sıra mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq deyib: "Bizim bu mövzuda hər bir tədbirimiz, hər addımımız zorakılığa uğrayan qadınlara dəstəkdir. BMT Baş Assambleyası hələ 1999-cu ildə 25 noyabr tarixini Beynəlxalq Mübarizə Günü elan edib. Qadınlara qarşı zorakılıq BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi çərçivəsində dayanıqlı inkişafa maneə kimi qəbul edilib və qadınlara qarşı zorakılığın aradan qaldırılması məqsəd kimi qarşıya qoyulub. Dünyanın hər yerində bu problem var, amma əsas məsələ ölkələrdə bu problemə hansı münasibətin göstərilməsidir”.

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin, bütün zorakılıq hallarının aradan qaldırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulayan Komitə sədri bildirib: "Azərbaycanda qadınların hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm proqramlar və layihələr həyata keçirilir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra öz üzərinə gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib. Qadın hüquqlarının qorunması, xüsusilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb”.

Hicran Hüseynova bildirib ki, qadın zorakılığına qarşı mübarizə yalnız dövlətin deyil, həm də cəmiyyətin işidir.

Fransanın Gender bərabərliyi üzrə Ali Şurasının sabiq baş katibi Kler Jiro və "Təmiz Dünya” qadın təşkilatının rəhbəri Mehriban Zeynalova mövzular ətrafında çıxış edərək, fikirlərini bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video