09 Dekabr 2019 12:19
410
SİYASƏT
A- A+

Serbiya qəzetində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə dərc olunub


Serbiyanın "Danas” qəzetində ulu öndər Heydər Əliyevin vəfatından ötən 16-cı ilə həsr olunmuş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, "Heydər Əliyevin vəfatından 16 il keçir” başlıqlı məqalədə Ulu Öndərin həyat və fəaliyyətindən, Azərbaycan xalqının rifahı naminə gördüyü işlərdən, uzaqgörən siyasətindən bəhs olunub.

Bildirilib ki, Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə xalqın dirçəlişi və xoşbəxt gələcəyi üçün fədakarlıq nümayiş etdirib. Bu müddətdə güclü dövlətin, milli dirçəlişin, sosial rifahın və Azərbaycanın mənəvi inkişafının əsası qoyulub, ölkənin ən parlaq və məzmunlu səhifələri yazılıb. Şəhər, kənd və qəsəbələr yenidən qurulub, sakinlərin maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, elm, təhsil və mədəniyyət, eləcə də bütün sahələrdə dəyişikliklər baş verib. Qısa zaman ərzində ölkə əsrə bərabər inkişaf yolu keçib. Onun tərəfindən əsası qoyulmuş layihələr ölkənin iqtisadi və sosial inkişafı üçün əhəmiyyət kəsb edib.

Yazıda Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafı istiqamətində atılan addımlardan bəhs edilir. Qeyd olunur ki, bu gün Bakı mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üçün geniş meydana çevrilib. Qısa müddət ərzində Azərbaycan özünü etibarlı beynəlxalq tərəfdaş kimi göstərərək beynəlxalq ictimaiyyətin nüfuzlu üzvü olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video