07 Dekabr 2019 14:30
494
DÜNYA
A- A+

Meksikada iri neft yatağı aşkarlandı


Meksikanın "Petroleos Mexicanos” (Remex) dövlət neft, qaz və neft-kimya şirkəti ölkənin cənub-şərqində yerləşən Tabasko ştatında quruda iri neft yatağı aşkar etmişdir. Yatağa "Keski” adı verilmişdir. Bu barədə "El Universal” qəzeti xəbər verir.

Şirkətin baş direktoru Oktavio Romero Oropesa bu kəşfi 1987-ci ildən bəri ölkənin cənubunda edilmiş kəşflərin ən vacibi olduğunu bildirmişdir.

Xatırladaq ki, 2017-ci ilin noyabrında Remex Verakrus ştatının Kosamaloapan rayonunda ehtiyatı 1,5 milyard barel olan neft yatağının tapıldığını elan etmişdir.

Meksikanın bundan əvvəlki prezidenti Enrike Penya Nyeto deyirdi ki, şirkət neft hasilatının səviyyəsinin aşağı düşməsi ilə üzləşmişdir. O vaxt neft hasilatının səviyyəsi ən yaxşı halda gündə 2,1 milyon barelə çatırdı.



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video