07 Dekabr 2019 01:16
657
CƏMİYYƏT
A- A+

Hesablama Palatasının Təlim mərkəzi açılıb


Hesablama Palatasının Təlim mərkəzi açılıb. Palatadan AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilən toplantıda çıxış edən qurumun sədri Vüqar Gülməmmədov Hesablama Palatasının yaranmasının 18 illiyi münasibətilə iştirakçıları və palatanın kollektivini təbrik edib. O, 2001-ci il dekabrın 7-də fəaliyyətə başlamış Hesablama Palatasının yaranmasının Azərbaycan Respublikasının Konstitusiyasının 92-ci maddəsində təsbit olunduğunu xatırladıb.

V.Gülməmmədov Hesablama Palatası haqqında ötən il qəbul olunmuş yeni qanunun 36-cı maddəsinə əsasən qurumun nəzdində yaradılan Təlim mərkəzinin məqsədinin yeni təyin edilmiş və palatada çalışan işçilərin bilik və bacarıqlarının, peşə hazırlıqlarının artırılması, kadr potensialının yüksəldilməsi, ali audit orqanlarının beynəlxalq standartlarının və qabaqcıl təcrübələrin öyrənilməsi işinin təşkil edilməsi olduğunu bildirib. Qeyd edib ki, mərkəzin əsas vəzifələrindən biri təlimlər yolu ilə biliyin daim təkmilləşdirilməsi, eyni zamanda, yeni biliklərin mənimsənilməsinə nail olmaqdır.

O, mərkəzin yaradılması zərurətindən və palatanın funksional fəaliyyəti üçün əhəmiyyətindən danışıb, Təlim mərkəzinin ilk vaxtlarda işə yeni qəbul edilmiş və Hesablama Palatasında çalışan işçilərin öyrədilməsi ilə yanaşı, mərkəzin özünün də öyrənməsinin vacibliyini vurğulayıb.

Təlim mərkəzinin baş məsləhətçisi Ramal Əzizov təlim üçün yaradılan şəraitə görə rəhbərliyə minnətdarlıq edib, görülən işlər barədə məlumat verib. R.Əzizov mərkəzdə ilk vəzifə kimi Hesablama Palatası əməkdaşlarının təlim ehtiyaclarının araşdırıldığını, bu ehtiyaclar nəzərə alınmaqla mərkəzin 2020-ci il üçün illik iş planının layihəsinin hazırlandığını, palata rəhbərliyinin tapşırığına uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın aparılması ilə bağlı palatada çalışan işçilərin bilik, bacarıqlarının və hazırlıqlarının daha da təkmilləşdirilməsi məqsədilə ümumilikdə 75 əməkdaşın iştirak etdiyi 4 təlim təşkil edildiyini, burada "Dövlət qulluğu haqqında qanun-dövlət qulluğunun ilkin əsası” mövzusunda təlim keçirildiyini, Hesablama Palatası əməkdaşlarının xarici dil bilik səviyyəsinin artırılması məqsədilə hər biri 10 nəfərdən ibarət olmaqla, ümumilikdə 20 nəfər əməkdaşın - ilkin başlayanlar və baza biliklərə malik olanlar - 2 qrup üçün təlimlər keçirildiyini deyib.

R.Əzizov maliyyə uçotu (F3) proqramı üzrə təlimlərin 4 ay müddətində davam etməsinin planlaşdırıldığını, daha sonra F7 (maliyyə hesabatları) və DipIFR (Diploma in International Financial Reporting) beynəlxalq maliyyə və mühasibat uçotu ilə bağlı diplomun verilməsi ilə nəticələnəcək təlimlərin keçirilməsi, həmçinin maliyyə analizi və investisiya sahəsi (CFA-Chartered Financial Analyst) üzrə təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu, bu təlimlərin hər birinin ingilis dilində tədris olunduğunu, ona görə də ingilis dili üzrə təlimlərin davamlı olmasının zəruriliyini vurğulayıb.

Baş məsləhətçi Hesablama Palatası işçilərinin beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli biliklərə sahib olmasını təmin etmək məqsədilə bu təlimlərin təşkil olunması üçün məqsədyönlü addımların atılmasının planlaşdırıldığını deyib. O, Təlim mərkəzinin 2020-ci il üçün illik iş planı layihəsini təqdim edib.

V.Gülməmmədov palatada xeyli sayda normativ metodiki sənədlərin hazırlanıb təsdiq edildiyini, bununla belə funksional fəaliyyət üçün zəruri yeni metodiki sənədlərin tərtib edilməsi üçün təkliflər verilməsini, təlimlərdə intizam və davamiyyətə xüsusi diqqət yetirilməsini, palatada əldə edilmiş nailiyyətlərdən daha çox çatışmazlıqları üzə çıxarıb təlimlərdə üzərində işləməyi tövsiyə edib, Hesablama Palatasının struktur bölmələrinə Təlim mərkəzinin işinə dəstək olmağı tapşırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video