06 Dekabr 2019 22:28
552
CƏMİYYƏT
A- A+

Mübariz Qurbanlı: İnsan müasir zamanda təbiəti qorumaq üçün böyük səy göstərməlidir


Ətraf mühitin qorunması məqsədilə keçirilən bütün tədbirləri mütərəqqi hadisə hesab edirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində keçirilən ekoloji aksiya zamanı deyib.

"Qlobal miqyasda ətraf mühitin qorunması çox ciddi məsələdir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsü ətraf mühitin qorunması, yaşıllıq zonalarının salınması baxımından çox mühüm bir işdir. Bu aksiya dahi şairimiz İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub. İnsan müasir zamanda təbiəti qorumaq üçün böyük səy göstərməlidir. Hər bir kəs ən azından bir ağac əkməlidir. Əgər belə etsək rayonlarımız yaşıllaşar, ətraf mühit sağlamlaşar”, - deyə M.Qurbanlı bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video