06 Dekabr 2019 17:48
439
CƏMİYYƏT
A- A+

İradə İbrahimova: Bugünkü ekoloji aksiya hamını bir amal ətrafında birləşdirdi, həmrəy olmağa sövq etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Azərbaycanda "Nəsimi ili” elan olundu. Bu il çərçivəsində bütün sahələr üzrə bir sıra maraqlı tədbirlər keçirildi. Bu tədbirlərlə yanaşı, "Nəsimi ili”nə töhfə verilməsi üçün Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü irəli sürüldü.

Hər il ölkədə yüz minlərlə ağac əkilir. Lakin bu təşəbbüs hamını bir amal ətrafında birləşdirdi, həmrəy olmağa sövq etdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova dekabrın 6-da keçirilən mətbuat konfransında deyib.

"Çox sevindirici və qürurverici haldır ki, hər kəs bu xeyirxah təşəbbüsü dəstəklədi, böyük şairin xatirəsinin əbədiləşdirilməsinə, dünyada tanıdılmasına, həmçinin ekoloji mühitimizin sağlamlaşdırılmasına və yaşıllıqların daha da artırılmasına hesablanan ideyanın həyata keçirilməsində yüksək əhval - ruhiyyə nümayiş etdirdi. SOCAR, BP kimi böyük şirkətlərdən tutmuş fərdi insanlara kimi hamı bu təşəbbüsə qoşuldu.

Ölkənin 80-dən artıq rayonunun fərqli məkanlarında yaşından, peşəsindən asılı olmayaraq minlərlə insanın bu genişmiqyaslı ağacəkmə kampaniyasına kütləviliklə qoşulması həqiqətən fəxr ediləsidir.

Deyərdim ki, bu təşəbbüsdə Sabirabad, Şamaxı, İsmayıllı rayonları işləri ən yaxşı təşkil etmələri, daha çox ağac əkmələri, damcılı suvarma sistemləri quraşdırmaları ilə xüsusilə fərqləndi.

Bu təşəbbüsün həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi qərargah yaradıldı və nazir müavini Firdovsi Əliyevin rəhbərliyi ilə böyük bir qrup bu işlə məşğul oldu. Ağac əkiləcək ərazilərin müəyyən olunması, yerli iqlim şəraitinə uyğun tinglərin seçilməsi, əkin ərazilərinə daşınması bu qrupun fəaliyyəti nəticəsində reallaşdı.

İnanıram ki, bu gün ağac əkən və bu nəcib təşəbbüsə qoşulan hər kəs bu əlamətdar günü yaddaşında saxlayacaq, sonrakı illərdə fəxrlə xatırlayaraq qürur duyacaq", - deyə mətbuat katibi bildirib.

İ.İbrahimova payız mövsümündə ağac əkilməsi tədbirlərinin bundan sonra da bütün regionlarda davam etdiriləcəyini diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video