06 Dekabr 2019 16:16
479
CƏMİYYƏT
A- A+

“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində silsilə tədbirlər “TəbiətimİZ” kampaniyası ilə davam edib


Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, bütün könüllü təşkilatların və hərəkatlarının iştirakı ilə həyata keçirilən Azərbaycan Könüllülük Həftəsi "TəbiətimİZ” kampaniyası ilə davam edib. Gənclər Fondu və Dövlət Agentliyi ilə birgə IDEA İctimai Birliyi də "TəbiətimİZ” sosial aksiyasına əsas tərəfdaş olaraq qoşulub.

Gənclər Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "TəbiətimİZ” kampaniyası çərçivəsində 5000 nəfərdən çox könüllünün iştirakı ilə 10 şəhər və rayonda təmizlik aksiyaları həyata keçirilib. Əvvəlcə bütün könüllülər komandalara bölünüb, həyata keçiriləcək işlər barədə onlara ətraflı izahat verilib. Aksiyalar çərçivəsində çirklənmiş ərazilər, dəniz və çay sahilləri, gəzinti və istirahət yerləri, tarixi və təbiət abidələrinin ətrafı tullantılardan təmizlənib.

Bu işlərdən əlavə olaraq, 40 heyvansevər gənc könüllü bir araya gələrək IDEA Heyvanlara Qayğı mərkəzini ziyarət edib. IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzin missiyası heyvanların rifah və sağlamlığını yaxşılaşdırmaq, sterilizasiya yolu ilə Bakı və onun ətraflarında sahibsiz heyvanların sayını tənzimləmək, eləcə də zoonoz və parazitik infeksiyaların yayılmasının və beləliklə, ətraf mühitə və insanların sağlamlığına zərərli təsirlərin qarşısını almaq, eləcə də heyvanlara qarşı humanist və məsuliyyətli yanaşmanı təşviq etməkdən ibarətdir.

Könüllülərin ziyarətinin məqsədi mərkəzin fəaliyyətini dəstəkləyərək, cəmiyyətdə heyvanlara, xüsusilə sahibsiz heyvanlara münasibətdə pozitiv yanaşmanı və onların rifahının yaxşılaşdırılmasının əhəmiyyəti haqqında məlumatlılığı artırmaqdan ibarətdir. Mərkəzin əməkdaşları könüllüləri düzgün yönləndirmək üçün onları görə biləcəkləri işlər və təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırıb və könüllülərin fəaliyyəti zamanı onlara köməklik göstəriblər.

Qeyd edək ki, "Azərbaycan Könüllülük Həftəsi” dekabrın 9-dək bütün ölkəni əhatə edən tədbirlərlə davam edəcək. Artıq "ŞəhidimİZ”, "VətənimİZ”, "Könüllülük sərhəd tanımır!” devizi ilə keçirilən kampaniya və aksiyalarda minlərlə gənc könüllü iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video