06 Dekabr 2019 04:14
443
İQTİSADİYYAT
A- A+

Pilot layihə çərçivəsində məktəblilərə süd paylanılmasına başlanılıb


"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 1.3.6-cı yarımbəndində sağlam qidalanmanın təşviq edilməsi nəzərdə tutulmuşdur.

Həmin yarımbəndin icrasının təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin, Təhsil, Kənd Təsərrüfatı, Səhiyyə, İqtisadiyyat nazirliklərinin nümayəndələrindən ibarət işçi qrup yaradılmış və həmin işçi qrup tərəfindən "Məktəblilər üçün süd” pilot layihəsi hazırlanmışdır. Layihənin əsas hədəf dairəsi ibtidai siniflərdə təhsil alan şagirdlərdir.

Layihənin həyata keçirilməsi üçün pilot ərazi olaraq Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 305 nömrəli, Qaradağ rayonu Qobu-1 yaşayış massivində yerləşən məcburi köçkünlər üçün tikilmiş 29 və 32 nömrəli məktəblər seçilmişdir.

Şagirdlərə Azərbaycanda qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə cavab verən, ölkə daxilində istehsal edilən çiy süddən termiki emal edilərək hazırlanmış süd verilməsi nəzərdə tutulmuşdur.

Südə qarşı həssaslığı olan şagirdlərin layihədən kənar tutulması məqsədilə sorğu anketləri hazırlanmış və doldurulması məqsədilə valideynlərə təqdim edilmişdir. Sorğu anketlərinin nəticələrinə əsasən valideynlər tərəfindən razılıq verilən şagirdlərə süd paylanılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video