05 Dekabr 2019 23:55
415
İQTİSADİYYAT
A- A+

Azərbaycanla Asiya İnkişaf Bankının əməkdaşlığının 20 illiyi qeyd olunub


Dekabrın 5-də Azərbaycan Respublikası hökuməti ilə Asiya İnkişaf Bankının (ADB) əməkdaşlığının 20 illiyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə Asiya İnkişaf Bankının rezident missiyasının Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov ötən 20 ildə bank ilə ölkəmizin uğurlu tərəfdaşlıq yolu keçdiyini, bu gün də əməkdaşlığın daha sıx xarakter aldığını deyib.

N.Mannapbekov qeyd edib ki, Azərbaycanın 1999-cu ildə ADB-yə qoşulmasından sonra bank inklüziv və dayanıqlı inkişafa nail olmaqla bağlı ölkənin səylərini dəstəkləmək məqsədilə Azərbaycanla əməkdaşlıq etməkdən böyük şərəf duyub: "ADB bütün birgə layihələri yaxından dəstəklədiyi üçün hökumətə öz minnətdarlığını bildirir. Biz bu müddət ərzində yaranmış dərin əlaqələri və tərəfdaşlığı yüksək dəyərləndiririk. Bu gün biz 5,1 milyard ABŞ dollarından çox məbləğdə təsdiq olunmuş portfel ilə Azərbaycanın çoxtərəfli inkişaf tərəfdaşları arasında ən böyüyü olmaqdan qürur duyuruq”.

Mərasimdə çıxış edən Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının Azərbaycanda davamlı inkişaf, infrastruktur, nəqliyyat və enerji layihələrini dəstəklədiyini deyib. Bildirib ki, Azərbaycan bank ilə əməkdaşlığa önəm verir və tərəfdaşlığın davamlı olacağına əmindir.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət maliyyə idarəetməsi, o cümlədən dövlət borcunun idarə olunması sahəsində həyata keçirilən islahatlar, dövlət borcunun idarə edilməsi strategiyası, habelə Azərbaycanın bu sahəyə ayırdığı diqqət barədə danışıb.

O, Asiya İnkişaf Bankının Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi meqa layihəsinə həm birbaşa, həm də ADB-nin zəmanəti ilə sindikatlaşdırılmış kreditlərin ayrıldığını deyib.

S.Şərifov vurğulayb ki, ölkə başçısının tapşırığına əsasən, Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən Asiya İnkişaf Bankının Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcək. Nazir ADB-nin apardığı tədqiqatlarla Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətindəki ardıcıl islahatlara verdiyi töhfəni yüksək qiymətləndirib.

Mərasimdə Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankının əməkdaşlığının hazırkı vəziyyəti və gələcək istiqamətləri, o cümlədən birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, 1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. ADB-yə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippinin paytaxtı Manilada yerləşir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video