05 Dekabr 2019 12:44
531
DÜNYA
A- A+

Mavritaniya sahillərində 58 mühacir dənizdə boğulub

Mavritaniya sahillərində aralarında qadın və uşaqların da olduğu 58 mühacir dənizdə boğularaq həlak olub.

AZƏRTAC Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) rəsmi portalına istinadla xəbər verir ki, hadisə zamanı, həmçinin 83 nəfər üzərək sahilə çıxa bilib. Onların hamısına Mavritaniya hakimiyyəti və beynəlxalq təşkilatlar yardım edib. Sağ qalanların sözlərinə görə, noyabrın 27-də Qambiyadan yola çıxan gəminin göyərtəsində azı 150 mühacir olub. İspaniyaya yollanan gəminin Mavritaniya sahilləri yaxınlığında yanacağı qurtarıb.

"Gallup” sosioloji xidmətinin apardığı sonuncu tədqiqatın nəticələrinə görə, dünyada 710 milyon insan və ya planet əhalisinin 14 faizi yaşamaq üçün digər dövlətlərə köçmək niyyətindədir. Potensial mühacirlərin əksəriyyəti Afrika ölkələrində yaşayır. Vətəndaşlarının ən çox mühacirət etmək istədiyi ölkələr siyahısına Qərbi Afrikada yerləşən Serra-Leone başçılıq edir. Burada əhalinin 62 faizi ölkəni tərk etmək istəyir. Liberiyada bu göstərici 54 faiz, Konqo Demokratik Respublikasında 50 faiz, Nigeriyada 43 faizdir.

Mühacirlər üçün ən cəlbedici Avropa ölkələri arasında ilk yerdə 39 milyon insanın köçmək istədiyi Almaniya qərarlaşıb. Böyük Britaniya 35 milyon, Fransa 32 milyon, İspaniya 20 milyon, İtaliya isə 15 milyon mühacirin hədəfindədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video