05 Dekabr 2019 12:33
612
SİYASƏT
A- A+

Əlahiddə Ümumqoşun Orduda mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib


Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədilə Türkiyə Respublikasının istehsalı olan mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib.

Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Türkiyə Respublikasının HİDROMEK şirkətinin istehsalı olan təkərli və tırtıllı yükləyici, ekskavator və qreyderlər, eləcə də onların ehtiyat hissələri Naxçıvan Muxtar Respublikasına Araz çayı üzərindəki "Ümid” körpüsündən xüsusi daşıma vasitələri ilə gətirilib.

Mühəndis texnikalarının silahlanmaya daxil edilməsi münasibətilə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində mərasim keçirilib.

Mərasimdə hərbi hissənin zabiti Ramil Dadaşov və HİDROMEK şirkətinin nümayəndəsi Murad Armağan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mövcud olan yüksək səviyyəli hərbi əməkdaşlıqdan danışıblar. Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”ə əsasən yeni texnikaların silahlanmaya qəbul edilməsi mühəndis təminatı bölmələrinin texniki imkanlarının Türkiyənin milli istehsalı olan texnikalarla gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Çıxışların ardından texnikaları gətirmiş heyətə Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, qardaş Türkiyənin HİDROMEK şirkətinin mühəndisləri tərəfindən hazırlanmış təkərli və tırtıllı yükləyici, ekskavator və qreyderlər bir çox üstünlüklərə malikdir. 40 ildən artıq istehsal təcrübəsi olan HİDROMEK şirkətinin istehsal etdiyi mühəndis texnikaları davamlılığı, yanacağa qənaəti və rahatlığı ilə seçilir. Müasir dizayn və texnologiyalı HİDROMEK maşınları fərqli iş şəraitlərində operatorun rahat və təhlükəsiz işləməsini təmin edir.

Beynəlxalq nüfuzlu dizayn mükafatlarına layiq görülmüş HİDROMEK texnikaları inşaat maşınları bazarında özünəməxsusluğu ilə seçilir. Təkərli və tırtıllı ekskavatorlar ağır tikinti işlərində fasiləsiz işləyə bilir. Qabaqcıl texnologiya ilə istehsal olunan arxa yükləyicilər çətin şəraitdə ildə 2000 saatdan artıq istifadə üçün nəzərdə tutulub. Bu yükləyicilər geniş görüntü bucağı və operator üçün rahat iş mühiti ilə ən çətin şəraitdə belə görülən işi asanlaşdırır. HİDROMEK şirkətinin istehsal etdiyi qreyderlər qazma, kəsmə və kürümə ilə bərabər müxtəlif işlər üçün təyin olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video