05 Dekabr 2019 01:02
1448
Mədəniyyət
A- A+

C.Cabbarlının “Solğun çiçəklər”i alqışlarla qarşılandı


Sumqayıt Dövlət Dram Teatrı son illər respublikamızda keçirilən tədbirlərdə maraqlı repertuarı ilə çıxış edir.

Dövlət başçısının görkəmli dramaturq C.Cabbarlının 120 illiyinin xüsusi qeyd edilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın sonu Cəfər Cabbarlı həftəsi çərçivəsində teatr bayramı keçirilir. Bakı və bölgə teatrlarının qatıldığı tədbirdə ədibin ayrı-ayrı əsərləri nümayiş etdirilir.

Sumqayıtlılar bu bayrama əliboş gəlməmişdilər. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Sumqayıt Dövlət Dram Teatrında ərsəyə gəlmiş "Solğun çiçəklər” tamaşası oynanıldı. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Plastik həll və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur. Quruluşçu rejissor E.Zeynallının klassikaya yeni baxış bucağı özünü maraqlı traktovkada göstərdi. Teatr ictimaiyyəti, gənclər, ziyalılar, bir sözlə, müxtəlif kontingentdən olan insanlar iki saat ərzində truppanın mükəmməl oyununu seyr etdi.

Səhnədə obrazları Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlahə Səfərova, Şəhla Məmmədova, İlqar İbrahimov və Rövşən Əsgərov canladırırdılar. Tamaşadan sonra maraqlı müzakirə oldu. Cəfər Cabbarlının nəvəsi Qəmər xanım yaradıcı heyətə minnətdarlığını bildirdi. O söylədi ki, Cəfər Cabbarlı təfəkkürünü və ruhunu qoruyub saxlamaqla səhnə əsərində müxtəlif dəyişikliklər, eksperimentlər yerinə düşür və pyesin uzunömürlülüyünə fayda gətirir.

Digər sənətsevərlər belə bir tamaşaya görə yaradıcı heyəti təbrik etdilər və vurğulandı ki, eksperimentə, improvizəyə, aktyor məharətinin açılmasına rəvac verən əsərlər ölməzdir. Böyük Cabbarlının ədəbi materialları da özündə məhz bu nüansları birləşdirir.

Tamaşanın sonunda maraqlı anlar yaşandı. Səhnədən zala enən aktyorlar tamaşaçılarla söhbət edib diskussiya apardılar.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video